Məşhur idmançının qızını bıçaqladılar - Hadisə

img

16-08-2017 [16:53]


Qarışıq döyüş növləri üzrə məşhur rusiyalı idmançı Fyodor Yemelyanenkonun 16 yaşlı böyük qızına hücum olub. 

Yeniyetməyə hücum oktyabrın 12-də yerli vaxtla səhər saat 7:40-da (Bakı vaxtı ilə 8:40-da) baş verib.

Naməlum şəxs qızın qarın, döş və kürək nahiyələrinə zərbələr endirib. Xəsarət almış yeniyetmə Rusiya paytaxtının uşaq klinikalarından birinə çatdırılıb.

Mənbənin bildirdiyinə görə, qızı xəstəxanaya anası aparıb.

Xatırladaq ki, Çeçenistan prezidenti Ramzan Kadırov Qroznıda uşaqlar arasında qaydasız döyüş yarışı təşkil etdikdən sonra Fyodor Yemelyanenko bu addımı kəskin tənqid etmişdi.

virtualaz.org

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA