02-08-2017 [00:11]
Qoç - günün ilk yarısında iradəsiz davranmayın. Bu və digər qərarı qəbul edəndə çox düşünməyin. Şanslarınızı əldən verməyin. Vaxt itkisinin fəsadları kritik ola bilər.
Həddən ziyadə fəallıq və ifrat təkidlər üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında həmkarlarınız və ya tərəfdaşlarınız arasında bir şəxsin davranışı sizdə narahatlıq yarada bilər. Problemləri birgə fəaliyyət nəticəsində aradan qaldırmaq olar.
İşlərin ən əhəmiyyətli hissəsini özünüz görün. Önəmli məsəlləəri başqalarına həvalə etməyin.
Buğa - məqsədinizə çatmaq üçün bu gün hər şeyə hazırsınız. Lakin unutmayın ki, avantüralar və məcaraların hamısı yaxşı bitmir. Məcara maraqlı olsa da, risk və təhlükələr az deyil.
Aramla davranın, yüz ölçüb bir biçin.
Sizə yaxın insanlarla ünsiyyətdə probelmlər yarana bilər. Onlar sizi avantüralardan qorumağa çalışacaq, yardıma tələsəcəklər.
Soyuqqanlı olun, düşünülməmiş addımlar atmayın.
Tənqidi ifrat aqressivliklə qarşılamayın.
Əkizlər - günün ilk yarısında yaxşı tanımadığınız insanlarla birgə fəaliyyət barədə ideyaları ertələyin. Sınanmış insanla adət etdiyiniz şəraitdə çalışın
Fəaliyyətinizlə bağlı müntəzəm fiziki yükə məruz qalırsınızsa, bir qədər dincəlin. Qüvvə və enerjinizi bərpa edin. Əks halda mənəvi, psixoloji və fiziki yorğunluq hiss edəcəksiniz.
Günün ikinci yarısında işdə rəhbərlik sizə çeşidli tapşırıqlar verəcək. İşin öhdəsindən layiqincə gəlməyə çalışın.
Eyni vaxtda bir neçə iş görməyə çalışmayın. Tələsmədən, aramla işləyin.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng - əvvəlcədən hazırlanmış planlara günün ilk yarısnıda nəzərdə tutulmamış əlavələr və yenilənmələr ola bilər. İşlərinizi təkbaşına görməyə çalışın. Müsbət emosiyalar irəliyə doğru hərəkətinizi daha da sürətləndirə bilər.
Günün ikinci yarısında alacağınız bütün təklifləri nəzərdən keçirməyə can atmayın. Seçdiyiniz istiqamətlə hərəkət edin. Axşam saatlarına yaxın yeni tanışlıqlar və ünsiyyət istisna deyil.
Dəyər verdiyiniz insanların istəklərini qulaqardına vurmayın.
Şir - yaradıcılıq, planların reallaşdırılması və müzakirələr üçün münasib zamandır. Ağır və rutin işdən qaçmayın. Gəlir əldə etmək üçün ən kiçik şansları dəyərləndirin.
Günün ikinci yarısında xarici görkəminizə fikir verin. Axşam saatlarında ciddi danışıqlarda mövqeyinizdən geri çəkilməyin. Kimlərinsə ani istəklərinə görə illər sərf etdiyiniz zəhmətinizi qurban verməyin.
İradəli, hətta zərurət yaranarsa sərt olun.
Qız - yaxın ətrafınızdakı insanların xoşuna gəlməyə çalışmayın. Müstəqil olun, diqqətli davranın. Heç nədə ifrata varmayın. Davranış və xahiri görünüşünüzdə kardinal dəyişikliklər zamanı deyil. Belə yenilikliklər xeyirdən çox zərər vəd edir.
Günün ikinci yarısında işgüzar təmaslarda birmənalı olmayan sözlərə diqqətlə qulaq asın. Şirnikləndirici vədlərə inanmayın. Tərəfdaşların və ya şəriklərin fəaliyyətində qüsurlar varsa, bu barədə açıq danışın. Örtülü bazarın dostluğu pozduğunu unutmayın.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - günün ilkin yarısında planlarınızı təftiş edin, qarşınıza qoyduğunuz məqsədləri dəqiqləşdirin. Yaxın ətrafınızdakı insanların suallarının hamısını cavablamaq məcburiyyətində deyilsiniz. Bununla yanaşı, qeydləri və iradları qulaqardına vurmayın.
Günün ikinci yarısı yarımçıq işləri tamamlamaq üçün əla zamandır. Dostlar və müttəfiqlərin yeni planını diqqətlə dinləyin. İnanılmış, etibarlı insanlarla çalışmağa üstünlük verin. Əgər kimsə sizə sirrini etibar edisə, heç bir halda o məlumatları aşkarlamayın, orada-burada danışmayın.
İşdə rəhbərlik sizdən ciddi məsələ ilə bağlı yardım istəyəcək. Sakit çalışın.
Əqrəb - dəvət olunmuş yerə yollanmaq üçün yaxşı gündür. Səhər saatlarından etibarən yorulmadan, usanmadan, bezmədən çalışın.
Nə qədər çox çalışsanız, maddi durumunuz bir o qədər yaxşı olar.
Yaşanan anlardan həzz alın. Unutmayın ki, həyat bəzəkli lenti olmasa da, hədiyyədir.
Qeyri-rəsmi şəraitdə mühüm məsələləri müzakirə edə bilərsiniz.
Bəzi adamlar bu gün sizi sınağa çəkə bilərlər.
Ailədə anlaşılmazlıqlarla qarşılaşacaqsınız.
Oxatan - günün ilk yarısında sual doğuran məsələlər çox olacaq. Fəaliyyətinizdə önəmli məqamı nəzərdən qaçırmayın. Situasiyanı izləyin. Son xəbərlər və məlumatlardan xəbəriniz olsun. Çalışdığınız yerdəki dəyişiklikləri diqqətlə izləyin.
Günün ikinci yarısında qəfil hadisə baş verəcək. Təmkinli olun, hadisələrin axarına fikir verin. Qohumlardan birinin yardıma ehtiyacı var. Ona kömək edin.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz. Dostla görüş üçün pis zaman deyil.
Oğlaq - günün ilk yarısının emosional fonu gərgindir. Sizə yaxın insanlardan biri həll edə bilmədiyi problem, çözməkdə çətinlik çəkdiyi məsələ ilə üzləşib. Qayğıkeş olun, yardım edin. Peşəkar bilik və bacarıqlarınızı artırın.
Günün ikinci yarısında mütəxəssis, yaxud da təcrübəli insanın məsləhətindən imtina etməyin. Qorxular, şübhələr və tərəddüdlərin əsiri olmayın. İşini bilənlərə inanın, onlara etibar edin. Daxilinizdəki neqativdən qurtulun.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Dolça - şəxsi məsələlərdə və fəaliyyət müstəvisində düşünülməmiş təşəbbüslər, mənasız aktivlik yalnız ziyan vura bilrə. Çalışdığınız kollektivdə münasibətlər nə qədər harmonik olarsa, bir o qədər yaxşıdır.
Günün ikinci yarısında istənilən ağırlıqdakı problemi məntiqli yanaşma ilə həll etmək olar. Çevik və fəndgir olun. Dəyər verdiyiniz insanların qayğıya ehtiyacı var.
Axşam saatlarını özünüzə həsr edin.
Balıqlar - bu gün ərzində çox işin öhdəsindən gələ bilərsiniz. Yeni köməkçilər və işə yardımçı ola biləcək adamları arayın.
İndiyədək birlikdə çalışdığınız insanlar bugünkü gərgin iş qrafikindən şikayətlənə bilərlər.
Ona görə də enerji, əzm və qətiyyətlə işləyin.
İşi yarımçıq qoymayın.
Maliyyə məsələlərində bu gün problemlər olmayacaq. Eynən şəxsi həyatda olduğu kimi.
Milli.Az
İran Azərbaycanı niyə hədəfə alır?
YAP: "İranın Naxçıvana hücumu böyük hiddət yaradıb"
İranın Naxçıvana dron hücumu - 4 nəfər xəsarət alıb (Yenilənib)
İran Qətərə hücum edib - Paytaxtda həyəcan siqnalı verilib
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng etdi - İranın Naxçıvana hücumu ilə bağlı
"Bu hücum aktları cavabsız qalmayacaq" - Azərbaycan Müdafiə Nazirliyi Naxçıvana hücumla bağlı sərt bəyanat yaydı
TÜRKİYƏNİN "DRON SÜRÜSÜ"NÜN BEYNİNİ QARIŞDIRAN YENİ SİLAHI: "Qoy, bu, bizdə gizli qalsın!" - FOTOLAR
Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə
RƏSMİ BAKIDAN İRANA DRON HÜCUMUYLA BAĞLI XƏBƏRDARLIQ: səfir XİN-ə çağırıldı, "Cavab hüququmuzu saxlayırıq" mesajı verildi
Sabahın hava proqnozu açıqlandı
Baş prokuror Sabunçuda vətəndaşları qəul edəcək - Bu tarixdə
NAXÇIVANA DRON HÜCUMU - İran nə etmək istəyir? + VİDEO
Gəncədə türkiyəli iş adamı evdə ölü tapılıb
Vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq
Rəsmi Tehran vurulan gəmiyə görə ABŞ-ı hədələdi: "Unutma, çox ağır şəkildə peşman olacaqsız"
Əməkdar artistə yeni vəzifə verildi
İRAN 5 QAT SÜRƏTƏ SAHİB YENİ PUA-ları SAVAŞA BURAXDI - "Hadid-110"nun üstünlüyü nədir? (FOTOLAR)
"Tiktok"da qeyri-etik paylaşım edən “Yeraz” cəzalandırılıb
İran ordusundan Türkiyə ilə bağlı - Açıqlama
"Beşiktaş"ın baş məşqçisi: "Əsas hədəfimiz Türkiyə Kubokudur"
“Azercell” tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır
İsrailin Livana hücumu: ölən və yaralananların sayı artıb
Azərbaycan nefti 4 dollar ucuzlaşdı - Qara qızıl 82 dollara satılır
Nazir: "Almaniya İrana qarşı müharibəyə qoşulmayacaq"
Ağdam şəhərinə növbəti köç olub
Sabirabadda qadın 14 kq narkotiklə saxlanıldı
Tehran bombalanır - İran paytaxtında partlayış sədaları artıb
Hakan Fidan ABŞ Dövlət katibiylə danışdı - Nələr müzakirə olunub?
İsrail ordusu: "İrandan yeni bir raket hücumuna başlayıb"
XİN başçıları telefonda mübahisə edib - Qətərli nazir iranlı həmkarının izahını qəbul etmədi, hədə-qorxu gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub