Bu gün Avropa ittifaqı tərəfindən irana qarzı ən kəskin qadağalar qüvvəyə minəcək

img

27-07-2010 [12:49]


Avropa İttifaqının tarixində İrana qarşı qəbul etdiyi ən kəskin qadağalar bu gün qüvvəyə minəcək. Brüsseldə quruma daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirilib ki, yeni sanksiyalar paketi çox güclü və əhatəlidir. Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton İranın xarici ticarətini, bankçılıq və enerji sektorunu hədəfə alan yeni sanksiyaları aid olduğu qurumun rəsmi olaraq qəbul etdiyini açıqlayıb: ?Nüvə proqramlarının bizdə ciddi narahatlıq meydana gətirdiyinə dair İrana güclü bir mesaj göndərdik. Bu narahatlıqlar üzündən, xarici işlər nazirləri İrana qarşı məhdudlaşdırıcı tədbirləri qəbul etdi. Bu paket çox güclü və əhatəlidir. Enerji daxil olmaqla bütün əhəmiyyətli sahələr bu paketə daxildir?. Ketrin Eşton əlavə edib ki, qadağalara görə İranın neft və qaz şirkətlərinə Avropadan vəsait və texnologiya göndərilməyəcək. Avropa İttifaqının rəsmisi bununla yanaşı bildirib ki, sanksiyalar özü-özlüyündə bir məqsəd deyil. ?Hədəfimiz İranı danışıqlar masasına oturdaraq bu problemi həll etməkdir?, - deyə o vurğulayıb. Sanksiyaların ardınca isə Avropa ölkələrindən İrana beynəlxalq ictimaiyyətlə əməkdaşlıq təklifləri gəlməyə başlayıb. Rəsmi Tehran ilkin şərtlər olmadan nüvə məsələsi ilə bağlı Vyana qrupu ilə danışıqlar masasına geri dönməyə hazır olduğunu açıqlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA