Sabah ABŞ Senatında Metyu Brayzanın Azərbaycanda səfir vəzifəsinə namizədliyi üzrə səsvermə keçiriləcək

img

02-08-2010 [11:59]


Avqustun 3-də ABŞ Senatının Xarici əlaqələr komitəsində Metyu Brayzanın Azərbaycanda səfir vəzifəsinə namizədliyi üzrə səsvermə keçiriləcək. Məlumatı Senat komitəsinin rəsmi saytı yayıb. Bundan əvvəl Ermənistan KİV məlumat yaymışdı ki, Brayzanın adı 25 ölkədə səfir vəzifəsinə namizədlər siyahısında yoxdur. Senatda Brayzanın namizədliyinin müzakirəsi üzrə ilk dinləmələr iyulun 23-də keçirilib. Bundan əvvəl ABŞ konqresmenləri Solomon Ortiz, Maykl MakMahon, Mixail Konauey, Bil Şuster, Syu Mirik, Şelli Mur Kapito Konqresə Brayzanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə namizədliyini dəstəklədiklərini göstərən məktub göndəriblər. Konqresmenlər məktubda ABŞ-ın Azərbaycandakı səfirinin təyin edilməsi prosesinin tezləşdirilməsini xahiş ediblər və Barak Obama tərəfindən bu namizədliyin mayın 25-də irəli sürülməsinə razılıqlarını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA