08-07-2017 [14:24]
Bakının Nizami rayonundakı biznesmenlər bütün rayonu vahimədə saxlayan və "Şamplena” adlı transseksual tərəfindən idarə olunan bir qrup seksual azlıqdan şikayət edirlər. Söhbət iyulun 4-də çay evində hay-küy salmış "Şamplena”dan gedir.
Mia.az sputnik-ə-ə istinadən xəbər verir ki, artıq "Opera” çay evinin sahibi Məmmədov Rafiq Ramazan oğlu polisə şikayət verib.
Onun sözlərinə görə, seksual azlıqların 3 nəfər nümayəndəsi çay evinə gələrək ondan 500 manat tələb edib. Xuliqanlardan "Şamplena” adlı biri şüşə qırığı ilə öz damarını kəsib və 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
İlkin məlumatlara əsasən, Məmmədov guya ki, "mavilərə” pul borclu olub, lakin pulu olmadığından borcu qaytara bilməyəcəyini deyib. Onda bir qrup şəxs çay evini dağıdıb. Onlar mebeli sındırıblar, şüşə qırığı ilə isə Məmmədovu əlindən yaralayıblar. Lakin məlum olub ki, bu məlumat bir qədər həqiqətə uyğun deyil. Çay evinin sahibi Rafiq Məmmədov sözügedən transseksuallara bir qəpik də borclu olmadığını deyib.
Məlum olub ki, hadisədən 5 gün əvvəl əsl adı Teymur Paşayev olan, 42 yaşlı "Şamplena” öz əlaltıları ilə çay evinə gələrək Məmmədovdan sakit işləyə bilmək üçün 500 manat aylıq haqq tələb edib. "Şamplena” bu məbləği toplamaq üçün biznesmenə 5 gün vaxt verib. Məmmədov deyir ki, onun çayxanasının yerləşdiyi əraziyə o baxır və küçədə fahişəliklə məşğul olan "mavilər” və qadınlar gündəlik ona 20 manat haqq ödəyirlər: "İndi biznesmenlərdən də haqq yığa biləcəyini düşünüb və mənim üstümə gəlib. Mən onun içkili olduğunu düşünüb çox da mübahisə etmədim və birtəhər çay evindən çıxardım”.
Məmmədovun sözlərinə görə, dələduzlar 1500 manat qiyməti olan televizoru da qırıblar. Həftənin birinci günü isə "Şamplena” Məmmədovun pencəyinin cibindən 150 manat oğurlayıb.
Qeyd edək ki, sözügedən faktla bağlı heç kəs saxlanılmayıb. Polis əməkdaşları materialları toplayaraq istintaqa təhvil veriblər ki, məsələni prokurorluq həll eləsin. Bununla belə, cəzanın humanistləşdirilməsi ilə bağlı son normativ aktlar polisin əl-qolunu bir qədər bağlayıb.
Bu arada, digər məlumatlı mənbənin xəbərinə görə, "Şamplena” bütün Nizami rayonunu qorxu altında saxlayır. Burada hamı onu istənilən anda qolunu kəsərək (transeksualın qolunda çoxsaylı kəsik yerləri var) problem yarada biləcək qalmaqalçı kimi tanıyır. Yeri gəlmişkən, internetdə "Şamplena”nın "Qızıl Qaya” restoranındakı toyunun və dükan satıcıları ilə davalarının kadrları çoxdur. Hələlik "Şamplena”nın qarşısı alınmır və o, insanları hədələməyə davam edir…
Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət oğurlanlb
Bakıda qətl: 70 yaşlı kişi 45 yaşlı şəxsi öldürdü
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Baş məşqçidən qəzəbli açıqlama: "Feriştahı gəlsə, görüşə bilməz"
"Qəssam tuqayları" İsrail hərbçilərini öz silahı ilə vurub - F16-ların bombası partlamayıb?
"Fənərbağça"nın oyunçusu 6 həftə futbol oynaya bilməyəcək
Türkiyədə daha bir zəlzələ olub - 4.2 bal gücündə
Deputat işıqların tez-tez kəsilməsinə etiraz etdi: "Bir nəfərə görə bütöv kənd cəzalandırıla bilməz"
Daha bir ölkədə qızılca epidemiyası: 19 uşaq ölüb
Türkiyədə daha bir mafiya çökəldilib - Lideri tutulub (FOTO)
ZIYANLI VƏRDIŞLƏR (III yazı)
Bu gün Füzuliyə daha 39 ailə köçürülüb
Ərdoğan Fatih Ərbakanı niyə çay içməyə dəvət etmədi? - İki partiya arasında "çat"lar dərinləşir (Açıqlama)
Ərdoğanla CHP lideri nələri müzakirə edəcək? - "Əsas məsələ sosial-iqtisadi problem olacaq"
Abşeronda daha bir qətl: ər 48 yaşlı arvadını öldürüb
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb