Rafiq Hüseynov Türkiyədə əməliyyat olunub: "Özümü normal hiss edirəm"

img

04-07-2017 [10:20]


Xalq artisti, məşhur diktor Rafiq Hüseynov Türkiyədə əməliyyat olunaraq Bakıya qayıdıb.
 
Xalq artisti APA-ya bildirib ki, bağırsağında aparılan növbəti əməliyyatdan sonra özünü normal hiss edir: "Bakıda bir müddət xəstəxanada müalicə alandan sonra müayinə üçün Türkiyəyə getməyi məsləhət gördülər. İstanbulda müayinədən keçdim. Həkimlər əməliyyat olunmağımı vacib bildilər. Bakıya qayıtmışam, müalicələr, müayinələr mütəmadi davam etdirilməlidir. Həkim nəzarətində olmağım vacibdir ki, digər fəsadlar çıxmasın”.
 
Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA