Xalq artisti vəfat etdi...

img

26-06-2017 [15:02]


Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyeva vəfat edib.

Xalq artisti iyunun 26-da 67 yaşında dünyasını dəyişib. Səhhətində ciddi problemlər yaranan Q.Quliyeva bir neçə gün əvvəl Respublika Müalicəvi Diaqnoztika Mərkəzinin reanimasiya şöbəsinə  yerləşdirilmişdi. Həkimlər ona ürək, böyrək çatışmazlığı və ağ ciyərin sətəlcəmi diaqnozu qoymuşdu.

Qeyd edək ki, Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. (Report)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA