ATƏT Qırğızıstana polis missiyası göndərir

img

22-07-2010 [04:35]


ATƏT təcili Qırğızıstana polislərdən ibarət məsləhətçi qrup göndərilməsi barədə qərar qəbul edib. Bu missiya ölkənin cənubunda gərginliyin azaldılması və yüzlərlə adamın ölümüylə nəticələnmiş iğtişaşların araşdırılmasına kömək edəcək. Bişkeklə razılaşdırılmış plana görə ölkəyə 52 polis göndəriləcək və onlar silahsız olacaq. Oşun meri Melis Murzakmatov bu gün AzadlıqRadiosuna müsahibəsində yerli sakinlərdən çoxunun xarici qüvvələrə qarşı olduqlarını deyib. O, həmçinin yerli təhlükəsizlik qüvvələrinin həbs edilmiş etnik özbəklərlə amansız rəftarıyla bağlı ittihamları rədd edib. İyulda Qırğızıstanın cənubunda baş vermiş etnik toqquşmalarda 300-dən çox adam ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA