Mübariz Əhmədoğlu: ?Almatı görüzü ATƏT-in Minsk qrupunun 18 illik fəaliyyətinin zərəfsiz, nəticəsiz yekunu deməkdir?

img

21-07-2010 [01:24]


Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi növbəti ?Qarabağ saatı?nı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, çıxış edən SİTM sədri Mübariz Əhmədoğlu qeyd edib ki, Almatı görüşü ATƏT-in Minsk qrupunun 18 illik fəaliyyətinin şərəfsiz, nəticəsiz yekunu deməkdir: ?18 il ATƏT-in Minsk qrupu vasitəçiliklə məşğul olub, lakin ortaya heç bir şey qoya bilmədi. Səbəb odur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ermənipərəstliklə məşğuldur. Faktiki olaraq 4 dövlət yəni ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan 18 il ərzində biri-birilərinin aldatmaqla məşğul olublar. Almatı görüşündən əvvəl və sonra da, hətta eyni fikir üstündə Azərbaycan və Ermənistan tərəfi bir-birinə zidd olan ideyalar irəli sürürlər . ATƏT-in Minsk qrupu bir dəfə də buna reaksiya verməyib. Mənim anlamıma görə, vasitəçilik missiyasına zərbə vuran ikinci belə bir missiya yoxdur. Eyni zamanda müəyyən bir nəticələr var ki, son anda çalışdılar ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir razılaşma əldə olunsun. Rusiya tərəfi çalışır ki, müəyyən bir razılıq olsun?. Mübariz Əhmədoğlu onu da bildirib ki, ATƏT-in Minsk qrupunun Almatıda keçirdiyi görüşün ən mühüm nəticəsi o oldu ki, bütün dünya başa düşdü ki, heç bir şərt daxilində Ermənistan Azərbaycanın torpaqlarını dinc yolla, sülh danışıqları vasitəsi ilə heç bir şərt daxilində, heç bir vaxt qaytarmayacaq. Azərbaycan torpaqının cuzi bir hissəsinin qaytarılması erməniliyin mahiyyətinə zidd məsələdir. İşğalçılıq, yalan, mifalogiya Ermənistanın mahiyyətidir?. M.Əhmədoğlunun sözlərinə görə, bir vacib nəticədə ondan ibarətdir ki, son anadək Ermənistan çalışdı ki, statusla bağlı məsələni ortaya çıxartsın: ?Baxmayaraq ki, hazırlanmış sənəddə statusla bağlı məsələ yaxşı halda ikinci yerdədir. Ermənilər çalışdılar ki, statusu birinci yerə keçirsinlər və beynəlxalq tanınma donu geydirsinlər. Dağlıq Qarabağın statusunu gələcək taleyini DQ-ın əhalisi müəyyən edəcək. DQ-ı təşkil edən xalqlar Dağlıq Qarabağın gələcəyinin müəyyən edilməsində bərabərdir. Dağlıq Qarabağın taleyinin müəyyən olunmasında D.Q-ın erməniləri ilə, D.Q-ın azərbaycanlıları birgə müəyyən edəcək?. [b]Rəhilə Manafova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA