20-06-2017 [12:55]
Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə Akif Çovdarov "8-ci kilometr" bazarı epizodu üzrə ifadə verib.
"Bizə şikayət daxil oldu, araşdırılması mənə tapşırıldı. Çingizi və oğurlanan qardaşını çağırıb ifadəsini aldım. Sonra da Cəfəri çağırdıq, dedi bazarı almışıq, Çingizin qardaşını da oğurlamamışıq. Dedim yaxşı. Qonşu otaqda da Çingiz Əsədov qardaşı ilə birlikdə gözləyirdi. Çingiz otağa girən kimi Cəfər şalvarına batırdı, bizdən icazə alıb gedib tualetdə təmizlədi"- deyə Çovdarov bildirib.
General əlavə edib ki, daha sonra Çingiz hər şeyi onun üzünə deyib: "Çingiz bizə dedi ki, bazarı istəmirəm, amma bunlardan alınsın, bunlar da həbsə getsin".
Akif Çovdarovun bununla bağlı Eldar Mahmudova məruzə etdiyini də deyib: "Onlar da daha yuxarı ilə danışandan sonra mənə dedilər ki, bu işin içindən başqa hörmətli adamın adı çıxır, işi saxlayın. Mən də Çingizə bunları dedim, o da məsələni başa düşdü. Amma dedi ki, necə olur olsun, bazar onlardan alınsın. Mənə dedi ki, bazarı siz alıb işlədin. Cəfər bazarı qaytarmağa razı idi, amma borcu olduğu üçün 300 min pul istədi. Biz də rəhbərliyə məruzə etdik, dedilər halallıqla Çingizdən alın. Mən də qohumuma dedim, Çingiz Əsədova 150 min verdik, Cəfərə də 300 min notariusda verdik. Cəfər gəlib mənə yalvardı, kürəkənimdən xahiş etdim, o, Cəfərin qardaşına və bacısına da ayda 400 manat verirdik".
Çovdarov bildirib ki, bazar alınan gündən bəri keçmiş sahobi olan Çingizə hər ay 5 min pul verilib: "Bizə demişdilər ki, bu məsələ sülhlə həll edilsin. Çünki cinayət işi aça bilmirdik. Həmin adamın adı hallanacaqdı, mətbuat yazacaqdı. Mən istəyirdim ki, cinayət işi açılsın".
Akif Çovdarovun ifadəsinə görə, sabiq nazir Fərhad Əliyev və qardaşı Rafiq Əliyev ilə Səfərov qardaşlarının əməllərini ifşa etdikləri üçün onlara ən azı təşəkkür və ya medal verilərdi: "Ondan əvvəl Fərhad Əliyev, Əli İnsanov və Hacı Məmmədov işini aparmışdıq. Qısa müddətdə bu da 3-cü əməliyyatımız olacaqdı. Hacı Məmmədovun adam öldürməsi ilə bağlı prokurorluğa şikayət daxil olmuşdu, amma heç nə edə bilmirdilər. Bu işi biz etdik".
Çovdarov qeyd edib ki, 2006-cı ildən Cəfərin adından şikayət ərizələri gəlməyə başlayıb: "Çağırıb soruşduq ki, nə məsələdi, Cəfər dedi hər şeyi atamla qardaşlarım mənim adımdan yazır, nəzərə almayın. Sonra bizə məlum oldu ki, bu ərizələri o vaxt MTN-də işləyən bir yoldaş yazdırıb. Salman Səfərovla Çingiz Əsədov arasında telefon danışığında o ad dəfələrlə çəkilib, cinayət işi materiallarında var, mən ad çəkməyəcəyəm. İttihamda yazılıb ki, bazarın qiyməti 5 milyon dollar olib, biz 450 min dollara hansısa yollarla almışıq. O vaxt bu qiymətə əmlak yox idi. 2005-ci ildə kürəkənim 5 otaqlı evi 17 min dollara aldı. Bazar alınanda orda tikili yox idi, konteynerlərdən ibarət idi".
Prokuror Akif Çovdarova sual vermək istəyəndə general onu qabaqlayıb: "Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar, səs yazıları var, niyə cinayət işi açmırsız? O vaxt o adam sağ idi, biz edə bilmədik, edə bilirsizsə, siz edin".
Məhkəmənin növbəti iclası iyunun 21-nə təyin edilib.
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
Musavat.com
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb