17-06-2017 [11:51]
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qədim dövrə və orta əsrlərə aid, mədəni, tarixi, arxeoloji əhəmiyyət kəsb edən sikkələrin ölkədən çıxarılmasının qarşısını alıblar.
Mia.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, Bakı-Aktau aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Azərbaycan Respublikası vətəndaşı Abbasov Mirəli Əzim oğlu üzərində olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük qanunvericiliyinin tələbinə əsasən gömrük orqanının müəyyən etdiyi yerdə, yəni "Qırmızı kanal" buraxılış sistemindən istifadə etməklə gömrük orqanına təqdim etmədən "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib:
"Lakin həmin şəxsin hərəkətləri şübhə doğurduğundan ona məxsus əl çantası rentgen aparatından keçirilib. Baxış zamanı gömrükçülər monitorda metal sikkələrə bənzər təsvirləri müşahidə edib. Bundan sonra Abbasov Mirəli Əzim oğlu müvafiq qanunvericiliyə uyğun olaraq gömrük yoxlamasına dəvət olunub. Yoxlama zaman vətəndaşa məxsus əl çantasının içərisindən, əl-üz dəsmalına bükülü və müxtəlif hissələrdən tikilmiş vəziyyətdə, gömrük nəzarətindən gizlədilən, üzərlərində müxtəlif şəkil və yazılar həkk olunan 200 ədəd metaldan hazırlanmış sikkə aşkar edilib.
Aşkar edilən əşyalar Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində ekspertizadan keçirilib. Ekspertizanın nəticələrinə görə təqdim edilən predmetlər qədim dövrə və orta əsrlərə aiddir, mədəni, tarixi, arxeoloji əhəmiyyət kəsb edir. Eyni zamanda, həmin sikkələr Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərə, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinə aiddir və Azərbaycan Respublikasının ərazisindən aparılması qadağandır.
Faktla bağlı araşdırma aparılır"..
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb