Bəstəkar Rauf Əliyev vəfat etdi - Bu gün dəfn olunacaq

img

14-06-2017 [10:48]


Bəstəkar Rauf ƏIiyev 70 yaşında vəfat edib.
 
Bu barədə APA-ya Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasından məlumat verilib. Rauf Əliyevin ürək tutmasından dünyasını dəyişdiyi bildirir. Bəstəkar bu gün Bakıda dəfn olunacaq.
 
Rauf Əliyev 1947-ci il mayın 1-də Azərbaycanın Şuşa şəhərində anadan olub.
 
Rauf Əliyev 90-a yaxın  - "Azadlığa gedən yollar", "İşığını əsirgəmə", "Yalan", "Fəryad", "Azərbaycan haqqında həqiqət", "Kənar adamlar", "Qara Volqa", "Vahimə" və digər Azərbaycan filmlərinə musiqi bəstələyib, 10-a yaxın mahnının müəllifidir.
 
Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA