?Bakı irəvana Qarabağa giriz üçün istənilən yoldan istifadəyə razılıq verib?

img

19-07-2010 [03:37]


?Azərbaycan Ermənistana Dağlıq Qarabağa giriş üçün istənilən yoldan istifadəyə razılıq verib?. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ukraynalı həmkarı Konstantin Qrişenko ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. ?Biz Ermənistanın çətinliyini başa düşürük. Ümumiyyətlə biz deyirik ki, ermənilər hansı yoldan istifadə etmək istiyirlərsə etsinlər. Əgər təmir etdikləri Laçın yolundan istifadə etmək istəyirlərsə bunu edə bilərlər. Təhlükəsizlik baxımından isə gərək ora sülhməramlı qoşunlar yerləşdirilsin. Çünki bu həm Ermənistan, həm də Azərbaycan tərəfi üçün çox önəmlidir. Qarşı tərəf həmişə bu məsələni qaldırıb ki, onlar üçün ən önəmli məsələ Dağlıq Qarabağda erməni icmasının təhlükəsizliyidir?, - deyə XİN rəhbəri bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA