25-05-2017 [19:17]
Bakıda tələbə hakim qarşısına çıxarılıb. Buna səbəb tələbənin təhsil aldığı universitetin dekan müavininin ondan şikayətçi olmasıdır. Dekan müavini tələbə tərəfindən təhqir edildiyi, rüşvət almaqda ittiham olunduğu üçün onun cəzalandırılmasını istəyib.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə fakültənin tələbəsi olan Zəka Mirağayevə qarşı daha bir maddə ilə ittiham qaldırıb.
Xatırladaq ki, bundan əvvəl Zəka Murağayevin Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılması üçün Yasamal rayon Məhkəməsinə müraciət edən dekan müavini mayın 25-də məhkəmədə daha bir iddia qaldırıb.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dekan müavininin tələbəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya baxılıb.
Məhkəmədə dekan müavini Nigar İsmayılzadə çıxış edərək deyib ki, fakültənin dördüncü kurs tələbəsi olan Zəka Mirağayev mediada ona böhtan atıb. Dekan müavini tələbə tərəfindən "rüşvətxor” adlandırıldığını söyləyib.
Dekan müavini həmçinin əlavə edib ki, tələbə mətbuatdakı açıqlamalarında onu universitetdə neqativ əməllərlə məşğul olmaqda da ittiham edib. N.İsmayılzadə məhkəmədəki çıxışında "MTN işi” çərçivəsində həbs edilmiş və həbsdə olarkən intihar edən İlqar Əliyevlə adının birlikdə çəkilməsinə də etiraz edib.
Onun sözlərinə görə, intihar etmiş MTN polkovniki İlqar Əliyevlə əlaqəsi haqda yazılanları özünə təhqir hesab edir: "Mətbuatda "Xanım dekan müavininin intihar etmiş MTN polkovniki ilə nə əlaqəsi var?” başlığı ilə məqalə yayılmışdı. Azərbaycanlıyıq, bu cümləni oxuyan mənim haqqımda nə düşünər? Guya, mənim dekan müavini təyin olunmağımda İlqar Əliyevin rolu olub. Yalandır. İlqar Əliyev mənim qrup yoldaşım olub, "Türkologiya”da birlikdə təhsil almışıq. Dekan müavini nə vəzifədir ki, məni MTN polkovniki ora təyin elətdirsin? Mənim təqdimatımı dekanımız, dünya şöhrətli alim Vasim Məmmədəliyev verib”.
Nigar İsmayılzadə iddia qaldırdığı tələbənin 14 ildir, universiteti bitirə bilməməsinə də toxunub: "Tələbə Zəka Mirağayev 14 ildir, universiteti bitirə bilmir. Mənim fikrimcə, belə ittihamlar səsləndirən tələbəni kimlərsə öyrədir”.
Məhkəmədə Nigar İsmayılzadəni hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov müdafiə edirlər. Vəkillər iddia ərizəsinə əlavəni məhkəməyə təqdim ediblər.
Məlum olub ki, dekan müavini tələbənin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. Xüsusi ittihamçı "anaxeber” saytında yer almış yazıdakı "Nigar İsmayılzadə "İlahiyyat” fakültəsinin adına layiq deyil” cümləsini təhqir hesab edir.
Tələbənin vəkili Elçin Sadıqov da məhkəmədə çıxış edib. Vəkil iddiaya əlavənin icraata qəbul olunmasına etiraz edib. E.Sadıqov bildirib ki, qanuna görə, məhkəmə icraata qəbul elədiyi işdən kənara çıxa bilməz: "Xüsusi ittihamçısının iddia ərizəsində də yalnız 147-ci maddə qoyulmuşdu. İndi isə yeni ittiham irəli sürürlər”.
Məhkəmə etiraza baxmayaraq, iddiaya əlavəni icraata qəbul edib.
Tələbə Zəka Mirağayev də məhkəmədə ifadə verib. O, deyib ki, irəli sürülən ittihamlarla özünü qətiyyən təqsirli hesab etmir. Dekan müavinini "rüşvətxor” adlandırmasına münasibət bildirən tələbə deyib ki, bu barədə sübutu var və prosesin gedişində müəyyən adamların dindirilməsi ilə bağlı vəsatət qaldıracaq: "Nə mən birbaşa dekan müavininə rüşvət vermişəm, nə də o, məndən istəyib. Rüşvət məsələsi məndən kənarda baş verib. Əlimdə sübutlar var, prosesin gedişində ortaya qoyacam. Mən burada rüşvətin çekini ortaya qoya bilmərəm ki... Amma bildiyim faktları universitet rəhbərliyinə də demişəm, prokurorluğa da göndərmişəm”.
14 ildir, universiteti bitirə bilməməsilə bağlı dekan müavininin dediklərinə də müansibət bildirən Zəka Mirağayev söyləyib ki, 2005-ci ildə rüşvətə etirazına görə universitetdən çıxarılıb, 2014-cü ildə isə yenidən bərpa olunub: "Dekan müavini öz istəyi ilə məni məhkəməyə verməyib. Dekan Vasim müəllim fakültənin adının hallanmasını istəmirdi. Dekanlıqda görüşdə bu məsələnin həlli ilə bağlı təklif verəndə Nigar İsmayılzadə dedi ki, "mən böyüklərimlə məsləhətləşməliyəm”. Bu da mənim dediklərimi sübut edir”.
Qeyd edək ki, dekan müavini Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır. Növbəti məhkəmə prosesi iyunun 8-də davam edəcək.
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"