Aftandil İsrafilovun oğlu öz toyuna “Pobeda” ilə gəldi - FOTOLAR

img

21-05-2017 [12:34]


Xalq artisti Aftandil İsrafilov ötən gün oğluna toy edib.

Mia.az axşam.az-a istinadən xəbər verir ki, qarmon ifaçısının övladı Aydın Gülsüm adlı xanımla ailə həyatı qurub.

Toyun aparıcılığını əməkdar artist Azad Şükürov edib. Məclisdə xalq artistinin sənət yoldaşları, millət vəkilləri, tanınmış simalar iştirak ediblər. Bəy və gəlin məclisə köhnə sovet maşını "Pobeda" ilə gəliblər. Xalq artisti Brilliant Dadaşova və digər müğənnilər öz musiqiləri ilə qonaqlara xoş anlar yaşadıblar.

Şərqşünas-alim Vasim Məmmədəliyev, xalq artisti Əlibaba Məmmədov və Mənsum İbrahimov çıxış edərək Aftandil İsrafilov haqda xoş sözlər deyiblər, səbəbkarları təbrik ediblər.










Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA