18-05-2017 [16:11]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov çıxışına davam edib.
O bildirib ki, ittiham aktında çoxlu səhvlər var, istintaq qərəzli aparılıb, rəqəmlər şişirdilib: "İstintaq orqanı tərəfindən 37,9 milyon manatın necə hesablanaraq yazılması bu günədək mənə məlum deyil. Eyni rəqəmləri həm "Azintelekom”dan, həm "Aztelekom”dan köçürülən məbləğlərə şamil edirlər. Əslində, verilənlər dollarla hesablanırdı və məbləğ mənim ilkin ifadəmdə dediyim kimi 30 milyon dollar və ya 23,5 milyon manat olub. Həmin məbləğin 5,5 milyon dollarını, yəni 4,3 milyon manatını mən görməmişəm. Mənə deyilib ki, həmin borcu ATK-dən silinməsini təmin edin.
Mən də demişəm aidiyyatı üzrə silsinlər. İcra başçıları, hətta başqa insanlar da nazirdən rəsmi və qeyri-rəsmi xahiş edib ki, rayonlarda quruculuq-abadlıq işləri gedir, sizin bina bərbad gündədir, təmir edin. Biz də vəsait ayrılması üçün "Aztelekom”a tapşırıq vermişik”.
V.Zeynalov deyib ki, rayon şöbələrinin rəisləri istintaq tərəfindən təhdid edilərək yalan ifadəyə qol çəkməyə məcbur edilib.
Sabiq aparat rəhbəri qeyd edib ki, o rəhbərliyin tapşırıqlarını sədaqətlə icra edib:
"Tapşırığın digər icraçıları heç də vəzifədə məndən kiçik şəxslər deyillər. Mən heç kimə, heç bir məbləğ təyin etməmişəm. Mənim nə belə bir səlahiyyətim, nə də belə bir niyyətim olmayıb. Mən tutduğum vəzifəyə görə həvalə edilmiş tapşırıqları icra etmişəm. Mənim yerimə bu işi qapıçıya tapşırsaydılar, o da edəcəkdi. Müəyyən olunmuş xəzinənin mədaxil və məxaricinə aparat rəhbəri, büdcə və lisenziya üzrə İltimas Məmmədov məsul edilib, Vidadi Zeynalov yox. Əli Abbasov Qənbər Bəybalayevə siyahı vermişdi ki, "Azərpoçt”un bəzi əməkdaşlarına orada göstərilən məbləğləri versin. Bu da təqribən 1 milyon 703 min təşkil edirdi”.
Vidadi Zeynalov deyib ki, istintaq zamanı digər təqsirləndirilənlərlə üzləşmək istəsə də, buna icazə verilməyib: "Bir dəfə məni şəhərə gətirib Əli Abbasovla təqsirləndirilən şəxs kimi yox, şahid kimi üzləşdirdilər. Orada da hər ikimiz öz ilkin ifadələrimizi təsdiq etdik. Həmin üzləşdirmə protokolu 3 nəfər vəkilin, müstəntiqin, Əli Quliyevin, Əli Abbasovun və mənim iştirakımla tərtib olunaraq imzalanıb. Lakin mən həmin protokola nə məhkəməyə göndərilən istintaq materiallarında, nə də ittiham aktında rast gəlmədim”.
V.Zeynalov bildirib ki, dövlətə dəyən ziyanı ödəmək üçün əmlakını satmaq istəyir və artıq müştəri də tapılıb: "Həmin adam hazırda bankda gözləyir. Siz yoldaşımın adına olan əmlakın üzərindən həbsi götürün, dövlətə dəymiş ziyanı, boynuma qoyulan ziyanı ödəyim”.
Hakim isə bildirib ki, əmlaklarla bağlı məsələyə sonda qiymət veriləcək və vəsatət baxılmamış saxlanılıb.
Daha sonra "Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayev çıxış edərək nəyə görə ittiham edildiyini anlamadığını deyib:
"Nazir Əli Abbasovun tapşırığına əsasən bizim idarədə bəzi əməkdaşlar "paket” alıb. Mən heç zaman "paket” almamışam. Alan şəxslərlə də qarışmamışam. O vaxtı hətta Əli Abbasov mənə tapşırdı bir qadını işə götürüm. Həmin qadın ayın sonu gəldi ki, mənə əlavə pul veriləcək. Dedim, mən əlavə pul verən deyiləm. Məndən icazə istədi ki, o zaman Əli Abbasovun yanına gedəcəm. Dedim buyurun. Sonra o gedib Rabitə Nazirliyindən həmin pulu aldı. Sonradan soruşdum dedi ki, 500 manat əlavə pul alıb. İndi mənə ittiham verilib ki, guya vəzifə səlahiyyətlərini aşmışam. Əvvəllər bizim idarə də maaş çox az idi. Mən nazirdən xahiş elədim ki, əməkhaqqımızı qaldırsın. O, "paket” verilməsini təklif etdi. Mən isə bununla razılaşmadım. Vidadi müəllim də mən deyəni dəstəklədi. Bizim maaşımız normallaşdı. Ona görə mən heç zaman əlavə pul söhbətində olmamışam”.
Məhkəmə prosesi mayın 19-da davam etdiriləcək.
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"