17-05-2017 [14:08]
Erməni əsilli "qanuni oğru”, kriminal aləmdə "Sergey Bentli” kimi tanınan Sergey Asatryanın Moskvadakı "Motrosskaya Tişina” təcridxanasından Vladimirdəki təcridxanaya köçürülməsinin təfərrüatları üzə çıxıb.
Rusiya mətbuatı yazır ki, buna səbəb erməni "qanuni oğru”nun azərbaycanlı "qanuni oğru”, əslən Bakının Maştağa kəndindən olan Taleh Dağlıyevlə ("Taleh Noqinski”) münasibətlərini aydınlaşdırmaq istəyi olub. Bildirilir ki, "Motrosskaya Tişina”nın rəhbərliyi hadisənin ört-basdır edilməsinə çalışıb və yalnız indi məsələnin əsl məğzi məlum olub.
Bildirilir ki, Sergey Asatryan kriminal aləmdə ciddi qayda-qanun yaratmaq, müxtəlif yollarla "oğru” adı alan və polisin əlinə düşən kimi "vor zakon” adından imtina edən şəxsləri meydandan "təmizləmək” niyyətini ortaya qoyub. Onun atası Eduard Asatryan da "qanuni oğru” aləmində tanınan adamlardandır. Əvvəllər Asan Usoyanla ("Ded Xasan) yaxşı münasibətləri olan Eduard sonradan onun düşməninə çevrilib. Bu səbəbdən də uzun müddət Rusiyadan kənarda yaşayıb. ”Ded Xasan”ın öldürülməsindən sonra Rusiyaya qayıdıb və bir müddət sonra narkotik ittihamı ilə saxlanılıb.
Asatryanın oğlu Sergey də Rusiyanın kriminal dairələrində çox məşhurdur. Əməliyyatçılar onu Rusiyanın yeni kriminal nəslinin "qızıl gəncliyi” hesab edirlər. O, azadlıqda olarkən həmişə ən son moda ilə geyinib, bahalı avtomobillərdən ibarət avtoparkı da olduğu deyilir. Amma özü daha çox "Bentli”yə üstünlük verib və bu səbəbdən də ləqəblərindən biri "Seryoja Bentli”dir. 2014-cü ildə o, Dağıstandan olan kriminallarla yaranan münaqişə nəticəsində döyülərək ağır bədən xəsarətləri almışdı.
"Sergey Bentli” hazırda 1,2 milyon dollarlıq soyğunda ittiham edilir. İttihama görə, o və dayısı Karen Mxitaryan adlı ermənini ölümlə təhdid edib. O, dayısı ilə mübahisəsi olan Mxitaryandan 1,2 milyon dollar ödəməyi tələb edib. Hətta biznesmeni və ailəsini ölümlə təhdid edib. Onun tapşırığı ilə biznesmenin bağ evi yandırılıb. Mxitaryan pulu verəcəyini bildirib və görüş təyin edib. Görüş zamanı polis hər iki şəxsi yaxalayıb. Məhkəmənin hökmü ilə ona 9 il, dayısına isə 8 müddətinə həbs cəzası verilib.
Qayıdaq Sergey Asatryanla azərbaycanlı "qanuni oğru” arasında konfliktə. Bildirilir ki, "Taleh Noqilski”nin və digər kriminal avtoritet Şalva Xonskinin təcridxanada sərbəst gəzmələri, kimlərləsə görüşmələri erməninin xoşuna gəlməyib. O, təcridxana administrasiyasından ona da eyni şəraitin yaradılmasını tələb edib. "Əks təqdirdə, qiyam edəcəm” deyə, balaca Asetryan rəhbərliyi hədələyib. Təcridxana rəhbərliyi bu hədəni ciddi qəbul edib və ona da eyni şərait yaradılıb. Bildirilir ki, bundan sonra daha da "bərk gedən” erməni kriminal rejim qaydalarını pozduğuna görə cərimə kamerasına salınanların "qayğısına qalmağa” başlayıb. O iddia edib ki, "Taleh Noqilski” azərbaycanlı yerlilərinin gətirdiyi sovqatla yaxşı yaşadığı halda bəzi arestantlar çay belə tapıb içə bilmirlər. Bu səbəbdən də o, "qanuni oğru”ların saxlandığı kameraya üz tutub.
O, "Taleh Noqilski”nin kamerasının qarşısına gələrək onu çölə çağırıb. Azərbaycanlı "qanuni oğru” çölə çıxmağa hazır olduğunu, amma qapının bağlı olduğunu söyləyib. Bundan sonra yaxınlıqda olan həbsxana nəzarətçisi qapını açıb və Asetryan içəri gəlib. Bildirilir ki, sözləri çəpləşən "qanuni oğru”ların davasına həbsxana rəhbərliyi mane olub. Asetryanın bu özbaşınalığı "Motrosskaya Tişina” rəhbərliyinin səbrini daşırıb. Bu səbəbdən də onu "Vladminirski çentral” kimi tanınan təcridxanaya köçürüblər.
Rusiya mediası yazır ki, bu, ilk belə hadisədir ki, "qanuni oğru” barədə məhkəmə hökmü qüvvəyə minməmiş onu Moskvadan uzaq vilayətin təcridxanasına aparırlar. İndi "Sergey Bentli” apelyasiya məhkəməsinə yalnız video vasitəsilə qatıla biləcək.
"Qanuni oğru” Taleh Qəribxan oğlu Dağlıyev 1983-cü ildə Azərbaycanda anadan olub. 30 yaşı olarkən Türkiyədə keçirilən "sxodka”da "qanuni oğru” adını alıb. 2015-ci ilin aprelində Rusiyanın Noqinsk şəhərində saxlanılıb. Hazırda istintaq altındadır.
Musavat.com
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur