Bakıda Azərbaycan-ABŞ hərbi məsləhətləzmələri keçirilir

img

12-07-2010 [01:21]


Amerika Birləşmiş Ştatları və Azərbaycanın müdafiə rəsmiləri bu gün Bakıda ikigünlük müdafiə məsləhətləşmələrinə başlayıb. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Görüşlər zamanı Pentaqon və Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri ikitərəfli əməkdaşlıq üzrə geniş çesiddə məsələləri nəzərdən keçirəcək və növbəti il üçün konkret planlar müəyyənləşdirəcək. Hərbi məsləhətləşmələrdə iştirak üçün Bakıya gələn ABŞ nümayəndə heyətinə müdafiə nazirinin köməkçisinin müavini Selesta Uolander rəhbərlik edir. Məsləhətləşmələrə ABŞ-ın Avropadakı qoşunlarının komandanlığı və ABŞ səfirliyinin rəsmiləri də qatılıblar. İkitərəfli Müdafiə Məsləhətləşmələri Bakı ilə Vaşinqton arasında növbəli qaydada ildə bir dəfə keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA