11-05-2017 [12:15]
Hazırda həbsdə olan və məhkəmə prosesi davam edən MTN generalı Elçin Quliyev və müavini, polkovnik Azər Mehdiyevin ittiham olunduqları epizodlardan biri də dövlət büdcəsindən 7,7 milyon manat pulun mənimsənilməsidir. Keçmiş MTN-çilər isə bu pulların agentlərə mükafat kimi verildiyini bildiriblər.
Həmin zaman E.Quliyevin rəhbərlik etdiyi Anti-Terror Mərkəzində yüksək vəzifə tutan polkovnik M.A istintaqa ifadəsində agentlər və onlara ödənilən pulların məbləği haqda geniş danışıb.
Polkovnik bildirib ki, 2011-ci ildə "Şimal küləyi” adlı əks-kəşfiyyat əməliyyatları işi ATM-nin rəis müavini İlqar Əliyevin qərarı əsasında rəis Elçin Quliyevlə razılaşdırılmaqla və nazir Eldar Mahmudov tərəfindən təsdiq olunaraq açılıb: "Əməliyyat işinin məqsədi xarici xüsusi xidmət orqanları tərəfindən Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökümət təşkilatları, beynəlxalq donor təşkilatlar və digər radikal qüvvələr vasitəsilə dövlətçiliyimizə yönələ biləcək mümkün pozuculuq fəaliyyətinin aşkarlanması, qabaqlayıcı məlumatların əldə edilərək onlara qarşı əməliyyat oyunlarının keçirilməsi, bununla dövlətin konstitusiya quruluşu əleyhinə yönələn fəaliyyətin qarşısının alınması idi. Əməliyyat işi İlqar Əliyevin icraatında olsa da, sənədlər məndə olurdu və yazışmaları mən həyata keçirirdim. Əməliyyat işi çərçivəsində əməliyyat tədbirlərinə sərf edilmək üçün Elçin Quliyevin hər aylıq raportu nazir tərəfindən təsdiq edilməklə bir mənbəyə ayda 50 min dollar, digərinə isə 59 min – 63 min manat məbləğində pul vəsaiti ayrılırdı.
.jpeg)
Pulları müvafiq sənədləşmə işləri aparıldıqdan sonra qəbzlə kassadan götürüb İlqar Əliyevə verirdim. O da bu barədə Elçin Quliyevə məruzə edirdi. Bir gün sonra İlqar Əliyev məni otağına çağırıb 8 zərfə bölüşdürülmüş və hər zərfdə üstünə çatmalı olduğu əməliyyat mənbəyinin şərti adı yazılmış pulları mənə verirdi. Həmin mənbələrlə ayrı-ayrılıqda görüşüb zərfləri qəbz almadan özlərinə təqdim edirdim. Elçin Quliyevin raportunda 1 mənbə qeyd edilsə də, pulları 8 şəxsə verirdim. Mənbələrə verilən pullar mənim kassadan götürüb İlqar Əliyevə verdiyim pulların heç yarısı qədər olmurdu. Hər zərfdə təxminən 2 min dollar olurdu, heç bir zərfdə manat olduğunu görməmişəm. Qalan pulları İlqar Əliyev özündə salxayırdı”.

MTN polkovniki deyib ki, 8 nəfərdən başqa Elçin Quliyevin özünün də 2 mənbəsi olub: "Bir neçə dəfə həmin mənbələrdən birinə idarə başqa əməkdaşı vasitəsilə zərfdə pul göndərdiyinin şahidi olmuşam. Amma pulun məbləğindən məlumatım olmayıb. İlqar Əliyevin dediklərindən mənə məlumdur ki, qalan 30 min dollar və 59 min-63 min manatı Elçin Quliyev nazir Eldar Mahmudova verirdi. Təkcə 2013-cü ilin dekabr ayı ərzində 1012 raportla 1 milyon manatdan çox pul götürüb İlqar Əliyevə vermişəm. Həmin pulun 200 min manatı xırda əskinaslar idi. Elçin Quliyev o pulların 100-lük və 50-lik əskinaslarla dəyişdirilməsi üçün "TuranBank”a tapşırıq verdi. Pullar dəyişdirildikdən sonra Elçin Quliyevin göstərişi ilə həmin vəsaiti idman çantasına qoyub nazirin köməkçisi Vüqar Mahmudova şəxsən verdim”.
M.A bildirib ki, "Şimal küləyi” işi 2013-2014-cü illərdə intensiv davam edirdi, lakin 2014-cü ilin dekabr ayında sabiq nazir Eldar Mahmudovun göstərişi ilə İlqar Əliyev və Elçin Quliyevlə razılaşdırılmaqla, E.Mahmudov tərəfindən təsdiq olunmuş qərara əsasən təxminən 23-24 cilddə olan bütün materiallar yandırılmaqla məhv edilib: "MTN üzrə qüvvədə olan müvafiq Təlimata əsasən eks-kəşfiyyat əməliyyatları işlərinin məhv edilməsinə yol verilmirdi”.
MTN polkovniki şəxsən görüşüb mükafat verdiyi, həmçinin özünün əlaqəsində olan bir neçə agentin kimliyini, onlara ödənilən qonorarın məbləğini açıqlasa da, təhlükəsizlik baxımından onları yayımlamırıq.
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur