Səməd Seyidov Azərbaycanın Argentinaya yeni tətin olunmuz səfiri ilə görüzüb

img

08-07-2010 [02:48]


İyulun 8-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov Azərbaycanın Argentina Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadəni qəbul edib. Bu barədə MİA-ya ADU-nun mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova bildirib. Görüşdə parlament səviyyəsində əlaqələrin qurulması, dostluq qruplarının yaradılması, komitə və dostluq qrupları səviyyəsində görüşlərin təşkili müzakirə olunub. Eyni zamanda, Argentina universitetləri ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlığın yaradılması perspektivləri müzakirə edilib. Rektor Səməd Seyidov səfir Məmməd Əhmədzadəni yeni təyinatı ilə bağlı təbrik edib. Səməd Seyidov bildirib ki, ölkəmizin Latın Amerikası ölkələri ilə əlaqələrinin qurulması çox vacibdir. Azərbaycan Dillər Universitetində Skandinaviya Mərkəzi, Yaxın Şərq və İsrail Mərkəzi kimi qurumların olduğunu vurğulayan rektor Səməd Seyidov Latın Amerikası ölkələri üzrə Mərkəzin gələcəkdə ADU-da açılması üçün bütün şəraitin və təcrübənin olduğunu önə cəkib. O, Latın Amerikası ölkələri ilə əlaqələrin inkişafı üçün belə bir mərkəzin fəaliyyətinin vacib olduğunu deyib. Səfir Məmməd Əhmədzadə öz növbəsində, Səməd Seyidova təşəkkür edib. O, ölkənin təbliğatı baxımından əlaqələrin inkişafının vacibliyini bildirib və bu istiqamətdə fəaliyyət istiqamətlərindən söz açıb. Məmməd Əhmədzadə ictimai diplomatiya və xüsusilə təhsilin bu yöndə mühüm əhəmiyyət daşıdığını deyib. Sonda Səməd Seyidov səfirə gələcək yeni fəaliyyətində bir daha uğurlar arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA