04-05-2017 [16:57]
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər mülki iddia ilə çıxış ediblər. Məhkəmə onların iddialarını icraata götürüb.
Daha sonra zərərçəkmiş Mətləb Mustafayev 22 nəfər şəxsin əlavə şahid qismində dindirilməsini istəyib. Bildirilib ki, həmin şahidlər arasında sabiq nazir Eldar Mahmudovun, Səbail və Nəsimi rayon məhkəmələrinin hakimlərinin adları var. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
İclasda çıxış edən Azər Mehdiyevin vəkili Qubad Salayev isə müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin həbslə əlaqədar olmayan qətimkan tədbiri ilə əvəzlənməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Azər Mehdiyevin vəkili zərərçəkmiş Maqsud Mahmudovun barəsində məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə vəsatət verib. O bildirib ki, Maqsud Mahmudov 1993-94-cü illərdə və 1998-ci ildə 1 saylı Əsəb Dispanserində müalicə alıb.
Vəkilin sözlərinə Maqsud Mahmudovun ərizəsi və ifadəsi əsasında Azər Mehdiyev həbs edilib: "Biz bu şəxsin izahat və ifadələrinin obyektivliyinə şübhə ilə yanaşırıq. Onun 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alması ilə bağlı rəsmi sənəd almışıq. Buna görə də onun anlaqlı olub-olması ilə bağlı ekspertiza təyin edilməsini xahiş edirik”.
Vəsatətə münasibət bildirən Maqsud Mahmudov bildirib ki, Qarabağ döyüşlərində iştirak edib və bu səbəbdən 1994-cü ildə müalicə alıb.
O, ikinci dəfə müalicə almasına belə münasibət bildirib: "7 gün orada müalicə almışam. Bunu da birdəfəlik pensiya almaqla bağlı etmişəm”.
İclasda çıxış edən Elçin Quliyev isə bildirib ki, Maqsud Mahmudov əvvəllər dələduzluq ittihamı ilə məhkum olunub: "Ona pornoqrafik videolarla qadınları şantaj etməsi barədə cinayət işi də olub. Bu şəxs peşəkar şantajçıdır. Onun barəsində ekspertizanın keçirilməsinin tərəfdarıyam”.
Müşavirə keçirən hakimlər vəsatəti təmin etməyib.
Daha sonra Elçin Quliyevin vəkili məhkəmə istintaqının çəkilişlə aparılmasını istəyib.
Bildirib ki, sonuncu məhkəmə iclasından sonra mətbuatda xoşagəlməz məlumatlar yayılır: "Biz istəyirik ki, çəkiliş aparılsın, həmin çəkilişlə məhkəmə iclasının protokolları uyğunlaşdırılsın. Hələ burada məhkəmə istintaqı başlanmamış mətbuatda Elçin Quliyevin açıqlamaları yayılıb. Elə məlumatlar yayırlar ki, onların açıqlanması qanunla qadağandır”.
Elçin Quliyev isə belə vəziyyətdə ifadə verə bilməyəcəyini, prosesin qapalı keçirilməsini istəyib.
Prokuror isə bildirib ki, məhkəmə iclası protokollaşdırılır:
"Protokoldan narazı qalanlar qeydlərini edə bilər. Məlumatların yayılmasına gəlincə, ölkəmizdə azad mətbuat var. Mətbuatda yazılanların işə aidiyyəti yoxdur. Video çəkilişlə bağlı hissədə vəsatət təmin edilməsin. Prosesin qismən qapalı aparılması barədə bizim tərəfimizdən vəsatət var. Həmin vəsatətə əsasən, dövlət sirrinin və şəxsi ailə sirrinin yayılmaması üçün prosesin qismən qapalı keçirilməsini istəyirik”.
Prosesin qapalı keçirilməsini zərərçəkmiş Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini olmuş Ələkbər Heydərov də istəyib: "On il əvvəl olan işləri mətbuat yazır. Yazırlar ki, əli ilə 5 göstərib, 500 min istədi. Buna görə də prosesin tam qapalı keçirilməsini istəyirik”.
Hakimlər prosesin video çəkilişlə aparılması barədə vəsatəti təmin etməyiblər. Amma prosesin qismən qapalı keçirilməsinə qərar verilib.
Daha sonra məhkəmə istintaqı başlanılıb və dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.
Elçin Quliyevə ifadə vermək təklif edilsə də, hazırkı mərhələdə ifadə verə bilməyəcəyini deyib. Bildirib ki, zərərçəkmişlərin də iştirak etdiyi prosesdə ifadə verə bilməz:
"Mənim hər sözüm dövlət sirridir. Bizim əməkdaşlarımızın adını açıqlayırlar. Onlar terror şəbəkələrinin hədəfində ola bilərlər. Meşə qardaşları, Kamran Əsədovun dəstəsi, İŞİD, "əl-Qaidə”, digər terror şəbəkələri əlaqələri olan şəxsləri ifşa etmişik. Mən özümü kənara qoyuram, artıq adımı açıqlayıblar. Bu əməkdaşlarımızın adını açıqlamaq düzgün deyil. Onların ailəsinə bir şey olsa, kim məsuliyyəti üzərinə götürəcək?”
Elçin Quliyev sonda ifadə verəcəyini bildirib.
Sonra zərərçəkmiş Xalıq Sadıxov ifadə verib.
O bildirib ki, "Elite Travel” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və direktoru olub. Onun sözlərinə görə, MTN əməkdaşları tərəfindən 2010-cu ildə saxlanılıb:
"Məni MTN-ə gətirdilər. Orada Ayaz Gərayzadə dindirdi və bildirdi ki, 100 min manat verməliyəm. Məni saxta viza verməkdə ittiham ediblər. Sonra şirkətin lisenziyasının ləğv edilməsi ilə hədələdilər və hər ay haqq verməyimi tələb etdilər. Bildirdilər ki, bütün turizm şirkətləri belə işləyir”.
Zərərçəkmişin sözlərinə görə, ikinci dəfə MTN-ə 2013-cü ildə aparılıb. İkinci dəfə də hədə-qorxulara məruz qalıb:
"Ayaz Gərayzadə, Nail Tağızadə və digərləri şirkətimizdən öz adlarına, ailə üzvlərinin adlarına tur paketlər götürürdülər. Elə hərəkət edirdilər ki, sanki şirkət onlarındır. Onların bu hərəkətləri barədə heç yerə şikayət etməmişəm. Müraciət edə bilməzdim. Şikayət etsəydim, evimdə məni güllələyərdilər”.
Daha sonra zərərçəkmiş, uşaq həkimi Elşən Tağıyev bildirib ki, 2015-ci ilin sentyabrın 27-də işlədiyi "Ankara” klinikasının qarşısında MTN əməkdaşları tərəfindən saxlanılıb və nazirliyə aparılıb: "Nazirlikdə mənə bildirdilər ki, hansına qadına qarşı əxlaqsız hərəkətlər etmişəm. Sonra məndən 50 min, daha sonra isə 30 min istəyiblər. Amma MTN əməkdaşlarına heç bir vəsait ödəməmişəm”.
Elşən Tağıyev bildirib ki, barəsində olan şikayətlə bağlı sonradan Sabunçu rayon Polis İdarəsində araşdırma aparılıb və şikayət sübuta yetirilmədiyi üçün cinayət təqibinə xitam verilib. O, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını deyib.
Elçin Quliyev isə bildirib ki, zərərçəkmişin əməlləri ilə bağlı MTN-ə şikayət edilib: "Şikayət əsasında həmin şəxs MTN-ə çağırılıb və dindirilib. Çoxu fikirləşir ki, MTN ancaq dövlətin təhlükəsizlik işləri ilə məşğul olmalıdır. Amma bu, belə deyil. Bizim işimiz insanlarla işləməkdir. Bu zərərçəkmiş ərəb ölkələrində işləyib. Biz də insanların fəaliyyətində seçim edirik, bu üsulla onları nazirliyə dəvət edib, əlaqə yaradırıq”.
Məhkəmə iclası mayın 8-də davam edəcək.
Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
Ona Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilir.
APA
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?