04-05-2017 [10:14]
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi "Bakılifttəmir" İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri ilə maraqlanıb.
Mia.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Şəhərdəki çoxmərtəbəli binalardakı liftlərin daim xarab olması və sıradan çıxması hüquq-mühafizə orqanlarında çoxlu suallar yaradıb. Qeyd edək ki, son vaxtlar tez-tez polisə liftlərin əyləc rulonlarının oğurlanması və nəticədə liftlərin uzunmüddətli təmirə dayanması barədə şikayətlər daxil olur. İstintaq orqanlarının mülahizələrindən birinə görə, liftlərin xarab olmasında Bakıdakı lift strukturunda çalışan işçilərin əli var. Əlbəttə söhbət bütün əməkdaşlardan deyil, bəzilərindən gedir. Bu, şəxsi mənfəət güdmək məqsədilə edilir.
Sayt bildirib ki, Şükürov Xətai metrosu yaxınlığında yerləşən "OTIS Baku Lift" sexinin sahibkarıdır. Bu sex liftlərin quraşdırılması və montajı ilə məşğul olur. Məlumata görə, "Bakı Lift"in bir sıra əməkdaşları artıq polisdə mənimsəmə faktı üzrə dindiriliblər. İstehsalat mərkəzinin rəhbərliyi zərurət olduqda cinayət işində adlarının təqsirləndirilən şəxs qismində hallanmaması üçün vəkillərlə tələm-tələsik müqavilə də bağlayıblar. Onu da qeyd edək ki, son zamanlar lift qəzaları nəticəsində adamlar ölüblər və xəsarət alıblar. Bütün bu problemlərin kökünü lift xidməti göstərən və onun təmiri ilə məşğul olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki "Bakılifttəmir" İstehsalat Birliyində də axtarmaq lazımdır. Bakının bütün əraziləri üzrə Bakı Lift İdarəsinin fəaliyyəti, liftlərin kimlər tərəfindən və hansı qaydalarla quraşdırılması, onlara xidmət və digər məsələlər ətrafında hesabatın hazırlanaraq müvafiq qurumlara təqdim olunmasına dair göstəriş verilib.
Artıq sözügedən qurumla bağlı araşdırma başa çatıb və kifayət qədər qanun pozuntuları, korrupsiya faktları aşkar edilib. Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalar Qüdrət Şükürovun işdən qovulması ilə nəticələnib. Artıq onun yerinə təyinatın da olduğu bildirilir. Yaxında Şükürovun korrupsiya və vəzifədən sui-istifadə faktları ilə bağlı hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacağı bildirilir.
Qeyd edək ki, Qüdrət Şükürov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun əmri ilə 2012-ci ilin yanvarından "Bakılifttəmir" İstehsalat Birliyinin baş direktoru vəzifəsini tutur.
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?