01-05-2017 [12:10]
Bu gün müasir dövrün görkəmli şərqşünas-alimi, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru (1991), Azərbaycan Yazıçılar Birliyinin üzvü Məhəmmədi Məsiağa Əhməd oğlunun doğum günüdür.
Şərqşünas-alim Məsiağa Məhəmmədi 1963-cü il mayın 1-də Şirvan (keçmiş Əli-Bayramlı) şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1985-1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi hərbi xidmətdə olmuşdur. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri, direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən həmin institutun İran filologiyası şöbəsinin müdiridir.
1993-ci ildə Qarabağ müharibəsində iştirak etmiş, 1993-1994-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin ( indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) xarici dillər kafedrasının dosenti olmuşdur. 2003-2004-cü illərdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işlər üzrə direktor müavini işləmişdir.
2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin ekspertidir.
1991-ci ildə dünya şöhrətli şərqşünas, professor Rüstəm Əliyevin rəhbərliyi altında "Saib Təbrizinin lirikası və farsdilli poeziyada "hind üslubu" problemi" mövzusunda dissertasiya müdafiə etmiş, həmin tədqiqat təkcə Azərbaycanda deyil, Rusiya, Özbəkistan, Gürcüstan, İran və Almaniyada yaşayan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Dissertasiyada ilk dəfə olaraq, "hind üslubu"nun təkamül mərhələləri, ideoloji və estetik əsası müəyyən edilmişdir. Bundan əlavə, Nizami, Sədi, Xacu, Hafiz, Füzuli, Tərzi Əfşar, Kəlim Kaşani, Şəhriyar və s. kimi şairlərin yaradıcılığı haqqında elmi yeniliyi ilə seçilən araşdırmaların müəllifidir.
Məqalələri Bakıdan əlavə, Moskvada, Sankt-Peterburqda, Daşkənddə, Təbrizdə, Tehranda çap olunmuşdur. Elmi fəaliyyətinin mühüm bir istiqaməti də mənbəşünaslıqdır. "Qızılbaşlar tarixi" adlı anonim mənbəni, Yusif Qarabağinin "Yeddi bağ" risaləsini geniş şərhlərlə fars dilindən Azərbaycan dilinə tərcümə və çap etmişdir. Həmçinin İmam Qəzzalinin "Kimiyayi-səadət" əsərindən müəyyən parçaları, Əbu Səid Əbül-Xeyr, Baba Kuhi Bakuvi, Şəms Təbrizi, Cəlaləddin Rumi, Şeyx Məhəmməd Xiyabani yaradıcılığından müəyyən nümunələri dilimizə çevirmişdir. Müasir İran və Əfqanıstan ədəbiyyatından tərcümələr də etmişdir, xüsusən fars şairi Söhrab Sepehridən etdiyi tərcümələr elmi-ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Bir sıra beynəlxalq və respublika konfranslarında iştirak və çıxış etmiş, çoxsaylı elmi monoqrafiya və topluların redaktoru olmuşdur. Rəsmi opponent və üzv qismində Dissertasiya Şuralarının işində iştirak etmişdir.
Pedogoji fəliyyətlə də məşğul olmuş, Azərbaycan Universitetində və Bakı Dövlət Universitetində Şərq ədəbiyyatı tarixindən mühazirələr oxumuşdur.
Mətbuat sahəsində də fəaliyyət göstərmiş, bir sıra qəzet və jurnalların redaktoru və redaksiya heyətinin üzvü olmuşdur.
Elmi araşdırmaları
• Saib Təbrizi və farsdilli poeziyada "hind üslubu". Bakı, "Elm", 1994
• Sədi və Hafiz. Bakı, "Nurlan", 2004
• Tədqiqlər və Tərcümələr. Bakı, "Nafta-press", 2004
• Şəms və Mövlana. Bakı, "Nurlan", 2010
• Güney Azərbaycan məsələləri. Bakı, "Bakı Çap Evi" nəşriyyatı, 2012
• Şəhriyar və zəmanəmiz. Bakı, ADMİU nəşriyyatı, 2015
• Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə. Bakı, "Poliart", 2017
Tərcümələri
• Qızılbaşlar tarixi. Fars dilindən tərcümə və şərhlər. Bakı, "Azərbaycan", 1993
• Yusif Qarabaği. Yeddi bağ. Fars dilindən tərcümə, ön söz və şərhlər. Bakı, "İrşad", 1997
• Müdərris Rəzəvi. Nəsirəddin Tusinin həyatı və əsərləri. Fars dilindən tərcümə (Vidadi Mustafayevlə birlikdə). Bakı, "Nurlan 2002
• Söhrab Sipehri. Suyun ayaq səsi (şeirlər və poema). Fars dilindən tərcümə və ön söz. Bakı, "Mütərcim", 2010
• Tərcümə çələngi. Bakı, "Nurlan", 2012
Tərtib etdiyi kitablar
• Şərqin aktual problemləri: tarix və müasirlik (akad. Z.M.Bünyadovun 80 illiyinə həsr olunmuş toplu). Bakı, "Nurlan", 2003
• "Şərq" tərcümə toplusu. Bakı, "Araz", 2004
• Rüstəm Əliyev fenomeni. Bakı, "Nurlan", 2004
• Rza Bərahəni: Şeirlər, Müsahibələr, Araşdırma. Bakı, "Qanun", 2009
• Söz mülkünün Şəhriyarı. Bakı, "Bakı Çap Evi", 2011
Redaktoru olduğu nəşrlər
• "Cahan" - elmi, ədəbi, ictimai jurnal – 1997-1998.
• "Elita" – ictimai-siyasi qəzet – 1998-1999
• "Hikmət" – elmi araşdırmalar toplusu – 2003-2004
• "Bakı-Təbriz" – dünya azərbaycanlılarının dərgisi – 2006-2010
Qeyd edək ki, şərqşünas-alim Məsiağa Məhəmmədi bu yaxınlarda Dünya şərqşünaslıq sahəsinə "Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə ” adlı kitabı ilə özünün böyük töhfəsini vermişdir. Kitabda təqribən qırx illik dövrdə – 1978-ci il aprel çevrilişindən XXI əsrin əvvəllərinə qədər Əfqanıstanda və onun ətrafında baş verən hadisələrdən bəhs olunur və sözü gedən kitab Əfqanıstanın müasir tarixinə və beynəlxalq əlaqələrinə dair Azərbaycanda işıq üzü görən ilk araşdırmadır.
Vüsal Azəri
Birlik.az
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi