29-04-2017 [12:04]
Aprelin 26-da Daşkəsən rayonunun Quşçular kəndi ərazisində 6 ton murdar ət aşkarlanıb. Rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində murdar ət "Elba 999" MMC-nin sözügedən kənddəki kəsim sexində tutulub.
Bu hadisə, mənşəyi məlum olmayan ətlər mövzusunu bir daha ictimaiyyətin gündəminə gətirib. Maraqlısı budur ki, leş ətlər mövzusu dəfələrlə ictimailəşdirilsə də, görünür bu işlə məşğul olanlar öz əməllərindən geri çəkilmək niyyətində deyillər...
1982-1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsində rəhbər vəzifələrdə çalışan Hafiz Hacıyev problemin əsas səbəbkarı kimi kənd təsərrüfatı naziri Heydər Əsədovun adını çəkib. O, "Yeni Müsavat”a bildirib ki, bu məsələyə görə Heydər Əsədov məsuliyyətə cəlb olunmalıdır:
"Hələ bir neçə ay öncə bildirmişdim ki, Daşkəsəndə murdar ətləri gətirib Bakıda xalqımıza, restoranlara, dönərxanalara satırlar. Bu məlumatı mənə rəhbər vəzifədə çalışan hörmətli şəxs vermişdi. Bu gün Azərbaycan xalqını belə murdar ətlərlə zəhərləyən adam nazir Heydər Əsədovdur. Heydər Əsədov bu xalqa eşşək əti də, it əti də satdırıb. Bu adam harada və nə qədər murdar ət varsa, hamısını Azərbaycan xalqına sırıyır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov deyib ki, Heydər Əsədova yarım milyon pul vermişəm, ona görə də bildiyimi edəcəyəm. Yəni bunlar hamısı əlbir olan adamlardır. Daşkəsəndə tutulan ətlə də bu adamların birbaşa olaraq əlaqəsi var. Heydər Əsədov bu gün Ermənistandan Azərbaycana kənd təsərrüfatı ilə bağlı dərmanlar da gətirir ki, onların da hamısı zəhərli maddələrdir. Nəticədə, ölkədə bitkiçiliyin də kökü kəsilir. Ötən il pambıq sahəsində həşəratları öldürmək üçün aldığı dərman keyfiyyətsiz çıxdı, əksinə, qurdlar ölmək əvəzinə daha da çoxaldılar. İndi də Heydər Əsədov xalqa eşşək əti, mənşəyi məlum olmayan ətlər yedirməyi qarşıya məqsəd qoyub".
H.Hacıyev bildirib ki, bu kimi hallar ölkədə restoranlara da təsir edib: "Bu gün insanlar qorxularından gedib restoranda yemək yemirlər. Çünki bu ətlər ora da verilir. Hüquq-mühafizə orqanları yoxlasınlar ki, Heydər Əsədovun xalqla nə qəsdi-qərəzliyi var. Bu kimi halların hamısının bir mənbəyi var ki, Heydər Əsədovla keçmiş nəqliyyat naziri Ziya Məmmədov qudadırlar. Bilirsiniz ki, onlar da xaricdə Azərbaycanın imicinə qarşı zərbə vuran dəstənin başında dururlar. Bu adamların Azərbaycanın qida sənayesinə rəhbərlik etməsi cinayətdir. Düşünürəm ki, Heydər Əsədov haqqında təcili olaraq cinayət işi qaldırılmalıdır. Azərbaycanın kənd təsərrüfatına ayrılan milyonlarla vəsaitin hesabı sorulmalıdır. Bəs bu vəsait hara gedib? Əgər hara getdiyini bilmirlərsə, biz onlara kömək edərik. Əsədovun Həsən Əliyev küçəsində aldığı 6 milyonluq villası və eləcə də digər yerlərdəki evlərinin hamısı bu pulların hesabına alınıb. Xalq da Əsədovdan haqq-hesab tələb etməlidir ki, nə üçün vətənə xəyanət edir. Səlahiyyətli orqanlar tədbir görməlidirlər. Bütün məsələlər bəllidir və ciddi araşdırma aparılıb, Azər Süleymanovla Heydər Əsədov təcili şəkildə istintaqa cəlb olunmalıdır. Belə olarsa, bu işin dalınca gedən, bu sahədən pul qazanmaq arzusunda olan insanlar da dərs alarlar. Onlar da görərlər ki, bu işlə pul qazanan adamların aqibəti yoxdur”.
Hafiz Hacıyev Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun 28 aprellə bağlı söylədiyi fikirlərə də sərt münasibət bildirib:
"Rauf Qurbanov da işğal gününü bayram hesab edirsə, deməli, bu adamın heç tarixdən, siyasətdən anlayışı yoxdur. Azərbaycanın işğal səbəbi kommunistlər olublar. Bu gün də elə mənəvi cəhətdən işğallarına davam edirlər. Hökumətdə insanlar var ki, keçmiş kommunist partiyanın aparıcı fiqurlarından olublar. Çox təəssüf ki, Rauf bəy kimi insanlar ya tarixi bilmirlər, ya da siyasi savada malik deyillər. Onlar çalışırlar ki, kommunistləri ”diriltsinlər", bu da mümkün olan məsələ deyil. "20 Yanvar” hadisələrini də kommunistlərin tör-töküntüləri həyata keçirdilər. Rauf Qurbanova da sözüm odur ki, özünü biabır eləməsin, gedib başqa işlərlə məşğul olsun. Azərbaycan kommunist ideyaları çoxdan dəfn olunub. Rauf haradasa içmək, bayram eləmək istəyirsə, bunun adını başqa qoysun, gedib istədiyini eləsin".
Onu da qeyd edək ki, mövzu ilə bağlı H.Əsədovla danışmaq istəsək də, hər dəfə cəhdlərimiz boşa çıxıb.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR