Həmsədrlər tərəfləri konstruktiv güzəztlərə və növbəti addım atmağa çağırıb

img

06-07-2010 [12:23]


ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradke (ABŞ), Bernar Fasye (Fransa) və İqor Popov (Rusiya) birgə bəyanatla çıxış ediblər. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişin olduğu barədə fikirlərini bölüşüblər. Müstəqilı İnformasiya Agentliyi ATƏT-in rəsmi saytına istinadla xəbər verir ki, sənəddə ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatının Dağlıq Qarabağ münaqişəsinin həllində əsas olduğu bildirilir. Həmsədrlər sülh razılığı layihəsinin hazırlığına başlanması üçün tərəfləri konstruktiv güzəştlərə, növbəti addım atmağa, irəliyə doğru getməyə, eləcə də 1994-cü ildə imzalanmış atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə çağırıblar. Səfər çərçivəsində həmsədrlər, həmçinin işğal edilmiş ərazilərdə bu payızda həyata keçiriləcək missiyanın planını da təqdim ediblər. Bəyanatda artıq bu planın prinsipcə qəbul edildiyi bildirilir. Vasitəçilər ümid edirlər ki, iyulun 16-17-də Almatıda ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammitində Azərbaycanın və Ermənistanın xarici siyasət idarələri rəhbərlərinin görüşü keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA