Misirin neft nazirinin bazçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək

img

05-07-2010 [02:20]


Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Misir Ərəb Respublikasının neft naziri Amin Sameh Fəhminin başçılıq etdiyi nümayəndə heyəti iyulun 7-də Azərbaycana səfərə gələcək. Səfər çərçivəsində nümayəndə heyətinin Sənaye və Energetika, İqtisadi İnkişaf nazirliklərində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində görüşləri, həmçinin Səngəçal terminalı ilə tanışlığı planlaşdırılıb. Səfərin məqsədi iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Amin Sameh Fəhminin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA