14-04-2017 [12:58]
Pirallahı rayon İcra Hakimiyyətinin əməkdaşı, Yeni Azərbaycan partiyası Pirallahı rayon Təşkilatının sədri Manaf Manafovun xidməti avtomobili ilə 7 ay öncə törədilən və ölümlə nəticələnən yol qəza hadisəsinin istintaqı barədə prezident İlham Əliyevə müraciət ünvanlanıb..
Mia.az xəbər verir ki, bu barədə BakiPost.az-a hadisə zamanı dünyasını dəyişən Tariyel Rzaquliyevin atası Cəmşid Rzaquliyev məlumat verib.
Bildirib ki, 7 ay ərzində hadisə ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciətlər etdiyini və bir cavab ala bilmədiyini bildirir. Övladını itirən ata qəzanı şəxsən Manaf Manafovun törətdiyini düşünür: "2016-cı ilin sentyabrın 2-si saat 19:25 radələrində Pirallahı rayonu İcra Hakimiyyətinin işçisi Manaf Manafovun xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı avtomobil tək oğlum Tariyel Rzaquliyevi Qala-Dübəndi yolundakı piyada keçidi üzərindən keçərkən vururaq öldürüb. Azyaşlı qızı ailəsi ilə birlikdə başsız qalıb.
Tariyel böyrək çatışmazlığından əziyyət çəkirdi. On il öncə çətinliklə də olsa İranda ona böyrək köçürtdürmüşük. Onun həyatda qalması üçün düz on il İran-Azərbaycan yollarında qalmışıq. Bizi ən çox ağrıdan şey həyatda qalması üçün çəkdiyi o qədər acı və məhrumiyyətlərin bir məmurun müştəbehliyi və qudurğanlığı səbəbindən boşa çıxması oldu. Onlar başda Manaf Manafov olmaqla hadisəni törətdikdən sonra maşını saxlamayaraq eyni sürətlə də hadisə yerindən uzaqlaşıblar. Sonradan nə fikirləşiblərsə, iki-üç yüz metr aralıda saxlayıb, geri dönüblər. Oğluma dərhal ilkin yardım etmək əvəzinə telefonla kömək çağırıb, oradan uzaqlaşıblar. Bunu görən hadisə yerinin yaxınlığındakı N saylı hərbi hissənin zabitləri hərbi hissənin sanitar maşını ilə oğlumu götürüb aparıblar. Sonra da özlərinin dediklərinə görə meyidi yarı yolda təcili yardım maşınına köçürdərək Mərdəkənda morq deyilən bir yerə çatdırıblar. Bütün bu proseslər baş verdiyi zaman hadisəni törədənlərdən heç kim onlarla olmayıb.
Ən dəhşətlisi isə odur ki, hadisəni törədən Manaf Manafov gəlib ailəmizə bir başsağlığı da vermədi”.
Zərərçəkən istintaqın işindən narazı olduğu üçün məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edib.
Müraciətdə deyilir:"İstintaqın işi ümumilikdə 7 ay vaxt aparıb. Bu müddət ərzində işin gedişatı ilə bağlı istintaqa təqdim etdiyimiz 17-yə kimi dəlillərə rəğmən, istintaq sükan arxasında olan şəxsin həqiqətən də Manaf Manafovun sürücüsü Bağış Baxşiyevin olduğuna bizi inandıra bilməyib.
Bu səbəbdən də sükan arxasında ya Manaf Manafovun özünün, ya da istintaqa və bizə adı bəlli olmayan üçüncü şəxsin olması ilə bağlı şübhələrimiz öz qüvvəsində qalır.
Lakin bizi ən çox narahat edən digər məsələ isə, hadisədən bu qədər vaxt keçməsinə baxmayaraq, Manaf Manafov haqqında YAP mərkəzi aparatına (şəxsən cənab Əli Əhmədova, cənab Siyavuş Novruzova, aparat rəhbəri Mahir Abasəliyevə, Bakı rayonlarının əlaqələndiricisi Misirxan müəllimə) və şəxsən Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanova etdiyimiz çoxsaylı müraciətlərdən sonra onun haqqında heç bir ölçü götürülməməsidir.
Rayon ərazisində baş vermiş ölümlə bağlı bu hadisənin iştirakçısı olan məmur bu günə kimi Vasif İmanov tərəfindən himayə edilərək vəzifəsində saxlanılır.
Biz hadisənin Pirallahı rayonunda baş verdiyini və həmin rayonun icra başçısı da daxil olmaqla icra strukturlarının bu məsələdə laqeydliyini görüb oğlumun üç mərasimində Vasif İmanovun qəbulunda olduq. Görüşdə başçının müavinlərindən Vəzir Səfixanov, köməkçisi, yerli polis və prokurorluğun başçıları da iştirak edirdi. Danışıq zamanı icra başçısı hər vəhclə cinayəti törədənlərin müdafiəsi yönündə çıxışlar edirdi. O bu hadisənin yuxarılara çatmamasını məsləhət edir. Guya ailəyə maddi köməklik göstərilməsini özü də daxil omaqla hadisəni törədənlərə tövsiyyə edirmiş.
Vasif İmanovun öz iş otağında qurduğu "məhkəmə”də hadisə zamanı maşında olanlardan icra hakimiyyətinin işçisi Niftəliyev Həsəni danışdırarkən onun qorxudan titrədiyini və danışıqlarında baş-ayaq vurduğunu görən Vasif İmanov, hətta bizim yanımızda onu kobud şəkildə təhqir də etdi. Bütün bunlar sükan arxasında Manaf Manafovun olması ehtimalını daha da gücləndirdi.
Cənab prezident, sizdən oğlu öldürülmüş bir ata olaraq, artıq dərəcədə xahiş edirəm ki, Manaf Manafovun etdiyi hərəkətləri nəzərə alıb, onun belə bir ali vəzifədə qalmaması məsələsinə və bu hadisədə əsl cinayətkarın üzə çıxarılmasının sürətləndirilməsi yönündə müvafiq göstəriş verəsiniz”.
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR