Bu gün Piter Semnebinin Bakıya səfəri bazlayır

img

29-06-2010 [11:42]


Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün Bakıya gələcək. İyulun 1-dək davam edəcək səfər çərçivəsində Azərbaycanla Aİ arasında bütün məsələlərin müzakirəsi aktual olacaq. Həmin məsələlər arasında ölkədə daxili vəziyyət, qarşıdan gələn parlament seçkiləri, Azərbaycanla Aİ-ni yaxınlaşdırmaq məqsədi güdən assosiativ saziş üzərində iş, regiondakı vəziyyət, Dağlıq Qarabağda cəbhə xəttində baş vermiş son silahlı insident müzakirə olunacaq. Məlumata görə, Azərbaycanla Türkiyə arasında qaz tranzitinin qiymətinin razılaşdırılması və müvafiq sənədin imzalanması baxımından xüsusi nümayəndənin keçirəcəyi görüşlərdə enerji sahəsində Azərbaycan-Aİ münasibətlərinə dair məsələlər də ətraflı müzakirə ediləcək. Qeyd edək ki, Piter Semnebi sonuncu dəfə mayın 19-da Azərbaycanda olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA