Elmar Məmmədyarov Almaniyaya rəsmi səfərə gedəcək

img

25-06-2010 [05:24]


Iyunun 28-30-da Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarovun Almaniya Federativ Respublikasına (AFR) rəsmi səfəri nəzərdə tutulub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, səfər proqramı çərçivəsində iyunun 29-da E.Məmmədyarovun AFR Bundestaqının deputatları, AFR-in xarici işlər naziri Guido Vestervelle, ?Körber Stiftung? fondunda AFR Bundestaqının millət vəkilləri, elmi fondların rəhbərləri və iş adamları, AFR Kansler Aparatında Kanslerin Xarici və Təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Kristof Hoygen ilə görüşləri və Xarici Siyasət Məsələləri üzrə Alman Cəmiyyətində çıxışı planlaşdırılır. Səfər çərçivəsində ikitərəfli, regional və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqların aparılması nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA