Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 2010-2014-cü illər üzrə üzvü seçilib

img

24-06-2010 [06:32]


n tarixlərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasının iştirakçı dövlətlərinin Parisdə keçirilən Baş Assambleyasının 3-cü sessiyası zamanı Hökumətlərarası Komitəyə seçkilər keçirilmişdir. Seçkilər zamanı Azərbaycanın namizədliyinin dəstəklənməsinə nail olmaq məqsədilə YUNESKO üzrə AR Milli Komissiyası, AR-in YUNESKO yanında Daimi Nümayəndəliyi və AR-in xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri tərəfindən müvafiq işlər aparılmış və görüşlər keçirilmişdir. Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən aparılmış məqsədyönlü iş nəticəsində bu gün keçirilən seçkilərdə Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 2010-2014-cü illər üzrə üzvü seçilmişdir. YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə 24 nümayəndədən ibarətdir. Qeyd etmək istərdik ki, Azərbaycanla yanaşı, Komtəyə namizədliyini irəli sürən Ermənistan kifayət qədər səs toplaya bilmədiyi üçün seçkilərdə məğlub olmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA