Prezident Avstriya xarici izlər nazirinin bazçılıq etdiyi nümayəndə heyətini qəbul edib

img

23-06-2010 [04:49]


Azərbaycan prezidenti İlham Əliyev iyunun 23-də Avstriyanın xarici işlər naziri Mixael Şpindeleqqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. M.Şpindeleqqer Avstriya prezidenti Haynts Fişerin salamlarını və məktubunu Azərbaycan dövlət başçısına çatdırıb. Azərbaycanda keçirdiyi görüşlərə toxunan M.Şpindeleqqer bu görüşlərin ikitərəfli münasibətlərə dair məsələlərin müzakirəsi baxımından səmərəli olduğunu qeyd edib. Nazir bildirib ki, Avstriya şirkətləri Azərbaycana investisiya qoymaqda və ölkəmizlə daha çox ticarət mübadiləsinin həyata keçirilməsində maraqlıdır. O, Azərbaycanla yüksək səviyyədə əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. Öz növbəsində, prezident İ. Əliyev Azərbaycanla Avstriya arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə, investisiya qoyuluşu və müxtəlif layihələrin həyata keçirilməsi sahəsində əlaqələrin inkişafı üçün yaxşı potensialın mövcud olduğunu vurğulayıb, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA