02-03-2017 [18:14]
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan MTN zabitinin məhkəməsi hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilib.
Məhkəmədə zərərçəkmiş iş adamı Elşən Mədətovun epizodu üzrə şahidlər ifadə verib.
Zərərçəkmiş ifadəsibdə deyib ki, onun "Texnikabank” ASC-nin "Bakı” filialında 673 min avrosu batıb. Onun dediyinə görə, bankın rəhbər şəxsləri barəsində cinayət işi başlanandan sonra Elşən Mədətov 2008-ci ildə MTN-ə çağırılıb və onu həbs etməklə hədələyərək, 250 min dollar alıblar.
Məhkəmədə şahid qismində Elşən Mədətovun kürəkəni Kələş Qafarov ifadə verib.
O, bildirib ki, kürəkəni Elşən Mədətovun 2008-ci ildə vəziyyəti ağır olub, bank məsələsi ilə bağlı incidilib: "Ona pul lazım olduğunu bildirdi. Elşənənin vəziyyəti yaxşı idi, onu bu məlum hadisələrdən sonra pis vəziyyətə saldılar. Mənimlə söhbət zamanı dedi ki, MTN-də narahat edirlər, pul tələb edirlər. Həmin vaxt bu işlərdə ona maddi köməklik etməyimi istədi”.
Kələş Qafarov qeyd edib ki, oktyabr ayında kürəkəninə 5 min dollar, noyabr ayında isə yenə də 10 min dollar, ümumilikdə 15 min dollar verib.
Məhkəmədə Vüsal Ələkbərov hüquqlarının pozulduğunu iddia edib. O, çıxışı zamanı hakimin onu yox, zərərçəkmişləri müdafiə etməkdə suçlayıb. Hakim isə bildirib ki, obyektiv məhkəmə araşdırması aparılır və burada heç kimin hüquqları pozulmur.
Digər zərərçəkmiş Hüseyn Səfərov ötən proseslərdə olduğu kimi, yenə də qeyd edib ki, vaxtı ilə Vüsal Ələkbərov başqalarının hüquqlarını çox pozub:
"Vaxt var idi ki, Vüsal Ələkbərov min bir oyundan çıxırdı. Camaatın başını əli ilə tutaraq stola dirəyirdi ki, "cinayəti boynuna al". Vüsal Ələkbərov bu yolla saxlanılan şəxslərdən ifadə alırdı, öz xeyrinə ifadə verməyə məcbur edirdi. Yalan ifadələr əldə edirdi. Vüsal Ələkbərov belə müstəntiq olub".
Məhkəmə prosesində zərərçəkmiş iş adamı Mehrac Qurbanovun epizodu üzrə də şahidlər dindirilib. Mehrac Qurbanov "Texnikabank” ASC-nin "Bakı” filialında 623 min avrosu batanlardandır. Bundan sonra MTN-nin vəzifəli şəxsləri tərəfindən ona hədə-qorxu gəliblər, puldan imtina etməsini tələb ediblər. Əlavə olaraq da 200 min dollarını alıblar. Zərərçəkmiş şikayətində belə yazıb.
Şahid qismində ifadə verən Hüseyn Qurbanov bildirib ki, zərərçəkmiş Mehrac Qurbanov onun qardaşıdır. Qardaşına 2008-ci ilin oktyabr-noyabr aylarında 10 min manat verdiyini deyən H.Qurbanov pulun MTN-ə veriləcəyindən xəbərdar olduğunu söyləyib.
Vüsal Ələkbərov prokurorun şahidlərə sual verməsinə və bəzi epizodlarla bağlı xatırlatma veməsinə etiraz edib. O, deyib ki, prokuror şahidlərin əvəzində məhkəmədə ifadə verir. O, həmçinin növbəti prosesdə hakimə də etiraz edəcəyini də açıqlayıb.
Şahidlərin ifadəsindən sonra Vüsal Ələkbərov bir neçə vəsatətlə çıxış edib. O, bildirib ki, Səbail Rayon Məhkəməsi tərəfindən barəsində qanunsuz olaraq həbs qətimkan tədbiri seçilib. Vüsal Ələkbərov vəsatətində barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa alternativ qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.
Ali təhsilli hüquqşünas olduğunu deyən Vüsal Ələkbərov uzun illər məhkəmə və hüquq-mühafizə orqanlarında çalışdığını qeyd edib:
"Buna görə də məhkəmənin çağırışlarından yayınmağın nə ilə başa çatacağını çox yaxşı bilirəm. Cinayət prosesini həyata keçirən orqandan gizlənmək, işdə adı keçən şəxslərə təsir göstərmək, iş üçün əhəmiyyətli olan sənədləri saxtalaşdırmaq imkanına malik deyiləm. Həmçinin məhkəmənin də işinə mane olmaq imkanım yoxdur. Cəmiyyət üçün də təhlükəli cinayət törətməmişəm. Məhkəmənin də çağırışlarına vaxtında gələcəm. Eyni zamanda səhhətim yaxşı deyil, iki azyaşlı uşağım var. Onların mənə ehtiyacı olduqca böyükdür. Bu səbəbləri əsas gətirərək, barəmdə seçilmiş qanunsuz həbs-qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz edilməsini xahiş edirəm”.
Dövlət ittihamçısı Vüqar Quliyev vəsatətin təmin edilməməsini istəyib. Zərərçəkmişlər də vəsatətin təmin edilməsini istəməyiblər.
Zərərçəkmiş iş adamı Hüseyn Səfərov qeyd edib ki, Vüsal Ələkbərovun səhhətində heç bir problem yoxdur: "Vüsal Ələkbərov məhkəmədə komediya qurur. Heç bir vəsatətinin təmin olunmasını istəmirik”.
Məhkəmə müzakirədən sonra vəsatətin təmin edilmədiyini açıqlayıb.
Vüsal Ələkbərov digər vəsatətində deyib ki, 2008-ci ildə 14 nəfər hazırda zərərçəkmiş kimi tanınam Hüseyn Səfərovla bağlı MTN-ə müraciət ediblər.
Onun sözlərinə görə, həmin şəxslərin ziyanını Hüseyn Səfərovun həyat yoldaşı Natiqə Hüseynova ödəyib: "Bu səbəbdən onun barəsində olan cinayət işinə xitam verilib. Mənimlə bağlı araşdırma aparılarkən 14 nəfərdən yalnız 6 nəfəri istintaq tərəfindən dindirilib. Həmin şəxslər də Hüseyn Səfərovun həyat yoldaşı, qızları, kürəkəni və digər qohumlarıdır”.
Vüsal Ələkbərov digər 8 nəfərin də məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. Bildirib ki, həmin 8 nəfərin ev ünvanları 613 saylı cinayət işində var.
Prokuror bildirib ki, Vüsal Ələkbərovun vəsatətinin əsası yoxdur: "İstintaq orqanı Hüseyn Səfərovun epizodu ilə bağlı 6 nəfəri dindirib və belə nəticəyə gəlib ki, bu ifadələrlə Vüsal Ələkbərova ittiham verilməsi kifayət edər. Vüsal Ələkbərovun sadaladığı 6 nəfərdən biri Azər Hüseynovdur. Onu da məhkəmədə dindirimişik. O, ifadəsində Hüseyn Səfərovun qohumu olmadığını deyib. Belə olan halda Vüsal Ələkbərovun iddiasının əsassız olduğu nəticəsinə gəlmək olar. Buna görə də vəsatət təmin edilməsin”.
Hüseyn Səfərov qeyd edib ki, Vüsal Ələkbərov yalandan ifadə verir: "Vüsal Ələkbərov həbs olunan zaman türmədə başını divara vururdu, özünü dəliliyə qoyurdu. İndi yenə də tutması tutub, özünü dəliliyə qoyub...”
Bu zaman Vüsal Ələkbərov zərərçəkmişin sözünü kəsib və onu təhqir etməməsini istəyib. Hüseyn Səfərov isə ona mübarizəni kişi kimi aparmağı məsləhət bilib. MTN zabiti Vüsal Ələkbərov növbəti vəsatətində bildirib ki, Səbail rayon Məhkəməsinin hakimləri Rauf Əhmədov onun barəsində həbs-qətimkan tədbiri seçib və digər iki hakim həbs-qətimkan tədbirinin vaxtını uzadıb. Hərbi qulluqçu olduğunu xatırladan Vüsal Ələkbərov həmin hakimlər tərəfindən hüquqlarının pozulduğunu deyib.
O, bildirib ki, barəsində qərar Bakı Hərbi Məhkəməsində çıxarılmalı idi. Ələkbərov həmin hakimlərdən Ali Məhkəmənin sədrinə və Məhkəmə Hüquq Şurasına müraciət edilməsini istəyib: "Mən 1 il 6 aydır, həbsdəyəm. İndiyə kimi heç kimdən şikayət etməmişəm. Amma daha şikayət etməyə başlayacam”.
Bu vəsatət də təmin edilməyib.
Növbəti məhkəmə prosesi martın 16-da keçiriləcək.
Musavat.com
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir