Qırğızıstanda iğtizazlar zamanı deputat qətlə yetirilib

img

11-06-2010 [04:01]


Qırğızıstanda baş verən toqquşma zamanı Oş Şəhər Şurasının deputatı Askar Şakirov öldürülüb. Şakirovun Oşun kənarındakı Furkat kəndində odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilir. Askar Şakirov Oş vilayətinin qubernator müavini Kuşbak Tezekbayevlə birgə toqquşmanı yatırtmaq üçün mübahisə edənlərlə danışıqlar apardığı zaman öldürülüb. Yerli internet saytlarının verdiyi digər xəbərə görə, təxminən 5 min nəfərə yaxın insan Oşun Kalininlə Qapar Aytiyev küçələrinin kəsişməsinə doğru hərəkət edir. İzdiham iştirakçılarının hərbçilərin əlindən avtomatları aldıqları bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA