Saatlıda maşın teplovozla toqquşdu - 3 nəfər öldü

img

15-02-2017 [20:50]


Saatlı rayonunda ağır yol qəzası baş verib.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, insident rayonun Sarıcalar kəndində qeydə alınıb.
 
Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. 

Onlar Ağayev Güloğlan Abı oğlu, Ağayeva Hökumə Murtuz qızı və onların qızı Lamiyədir. Onların hər üçünün Sabirabad sakini olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA