AiDP BMT-nin irana qarzı sankisiyanı pislədi

img

11-06-2010 [12:07]


BMT Təhlüksizlik Şurasının İrana tətbiq etdiyi sanksiyalar bu təşkilatın bir daha ABŞ-ın marağına xidmət etdiyini göstərdi. Bu fikirlər AİDP sədri hacı Tahir Abbaslı deyib. Onun fikrincə, qərar ilk baxışdan sərt və səs-küyülü olsa da əslində ABŞ-ın İranla bağlı siyasətinin iflası sayıla bilər: ?Hesab edirəm ki, bu qətnamə gözdən pərdə asmaq xatirinə qəbul edilib. Ona görə də bu qətnamənin İranın uranı zənginləşdirməsinə maneçilik törədə bilməyəcək?. AİDP sədri onu da bildirdi ki, bu qərar BMT-nin onsuz da zəifləyən nüfuzunu daha da aşağı saldı: ?BMT artıq dünyanın xilaskarı kimi yox, ABŞ-ın maraqlarna xidmət edən təşkilat imicini qazanıb. İndii bu təşkilatı məhəllə təfəkkürlü insanlar idarə edir?. BMT tərəfindən Qarabağın işğalı ilə bağlı qəbul olanan 4 qətnamənin indiyə qədər yerinə yetirilməməsini bu təşkilatın zəifliyi ilə bağlayan T.Abbaslı eyni zamanda bu məqamı müsəlman dünyasına mənfi münasibətin nəticəsi sayır: ?Qərb qarşısına müsəlman ölkələrinə divan tutub bu ölkələri eimi- texlki inkişafdan, birlikdən, sabitlikdən, əminlikdən uzaq saxlamağa və bu yolla sərvətini talamağı məqsəd qoyub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA