Mahmud Əhmədinejat BMT-nin qətnaməsini ?kağız salfet? adlandırdı

img

10-06-2010 [11:52]


İran prezidenti Mahmud Əhmədinejat BMT Təhlükəsizlik Şurasının İranla bağlı qətnaməsinə sərt reaksiya verib. O, Düşənbədə İran diasporu nümayəndələrinin qarşısındakı çıxışında yeni sanksiyalarla bağlı bunları deyib: ?Hər tərəfdən üstümüzə sanksiyalar yağır. Onlar bizim üçün zəhlətökən mığmığalar kimidir?. İran lideri bununla da kifayətlənməyib: ?Əleyhimizə qətnamə qəbul etdilər. Amma biz onlara ağzımızı silib zibil qutusuna atdığımız kağız salfet kimi baxırıq?. Mahmud Əhmədinejat bəyan edib ki, İran çox şeyə tab gətirib və buna da dözəcək?. İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi Əli Əsgər Soltaniyyə isə bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının qəitnaməsinə baxmayaraq, İran uranın zənginləşdirilməsinə son qoymayacaq: ?Heç nə dəyişməyəcək. Biz uranın zənginləşdirilməsini fasiləsiz davam etdirmək niyyətindəyik?. İran təmsilçisi bunu Vyana jurnalistlərə deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA