Prezident ilham Əliyev bu gün Vladimir Putinlə görüzəcək

img

08-06-2010 [02:23]


Rusiyanın baş naziri Vladimir Putin İstanbulda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısı çərçivəsində bu gün Azərbaycan və Qazaxıstan prezidentləri, o cümlədən, Ukraynanın hökumət başçısı ilə görüşəcək. Bu barədə məlumatı Rusiyanın hökumət başçısının mətbuat katibi Dmitri Peskov verib: ?Konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ikitərəfli görüşlər planlaşdırılır. Ukraynanın baş naziri Nikolay Azarovla da ayrıca görüş keçiriləcək?. Onun sözlərinə görə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısının iş günü başlamazdan əvvəl Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdrğanla görüşəcək. Dmitri Peskov bildirib ki, zirvə toplantısı çoxsaylı mövzular müzakirə ediləcək. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında Qazaxıstan sədrliyi Türkiy1əyə təhvil verməlidir. İlk dəfədir ki, bu sammit Qazaxıstanda keçirilmir. Tədbir zamanı sammitin siyasi bəyannaməsi qəbul ediləcək. Sənəd Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısının səylərinə yeni impuls verməlidir. Sammitdə Vetnam və İraqın Müşavirənin tamhüquqlu üzvlüyünə, Banqladeşin isə müşahidəçi qismində qəbul edilməsi gözlənilir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzvləri: Azərbaycan, Əfqanıstan, Çin, Misir, Hindistan, İran, İsrail, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Fələstin, Koreya, Rusiya, Tacikistan, Tailand, Türkiyə, Özbəkistan İordaniya Haşimilər Krallığı. Müşahidəçilər: Vetnam, İndoneziya, Malaziya, ABŞ, Qətər, Ukrayna və Yaponiya; BMT, ATƏT və Ərəb Ölkələri Liqası.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA