21-01-2017 [23:31]
Zahid ORUC, Millət vəkili
CNN televiziyası 4 yerə bölünmüş ekranla Amerikanın müxtəlif şəhərlərində baş qaldıran antitramp aksiyalarından reportajlar verir.
Bütün seçki kampaniyası dövründə Klintonun zərbəçi qüvvəsi kimi arxalandığı zərif cinsin böyük ordusu paytaxt Vaşinqton daxil olmaqla, siyasi üsyanın ön cəbhəsinə çıxarılıb. Alovlu natiqlər dünyaya inqilab ixrac edən bir ölkənin tablosunu dəyişiblər.
Adətən, ərəb qitəsi üçün xarakterik olan xalq etirazlarının arxasında hər zaman okeanın o tayından uzanan əllər göründüyü halda, uzun məsafələri qət edərək bir araya gələn və elan etdikləri kimi, 1 milyondan artıq insanın yürüşünü dünyada təşkil etməyə qalxan qüvvələrin söykəndikləri gizli servislər, maliyyə korporasiyaları və informasiya dəstəkçiləri hər kəsə bəllidir.
Bəli, Tramp siyasi zəlzələyə səbəb olub. Özünün dediyi kimi, Vaşinqtonu uzun on illər ərzində davamlı olaraq sümürən, lakin bununla bərabər, dünyada qlobal ağalıqdan danışıb hakim mövqelərini hər vəchlə əldən vermək istəməyən hərbi, siyasi, maliyyə dünyasını durdurmaq üçün dünən Linkolnun İncilinə and içib.
Ağ Evin yeni sahibini asi çıxdığı ideallara görə elə birinci gündən linç etməyə qalxıblar. O, gözə görünməz cəbhəyə əlcək atıb, elitanın satqınlığını bütün seçki boyu əsas təbliğat silahına çevirib, bağlanan milyonlarla iş yerinin müqabilində zəhmətkeş sinfin üsyanı ilə böyük təlatüm kimi qəbul olunan qələbəyə nail olub.İndi onu içdiyi "Amerikanı yenidən böyük etmək” andına görə məhşərə çəkirlər.
Afrodita-gözəllik ilahəsidir. Tramp Amerikanın Afroditası olmaq istəyən və hakimiyyət olimpinə can atan klintonlar sülaləsinin zəngin nümayəndəsinin arzusuna son qoyub. Bağışlanmaz günahdır. İndi qadınlar ona öz güclərini göstərəcəklər.
Yox, tarixi Kleopatradan pis oxumayan Amerika zərif cinsinin nümayəndələri başları üzərində onları saymayan və yalnız fiziki material dəyərində yanaşan bir rəhbərə nifrətlərinin səbəbini yaxşı bilirlər.
Doğrudur, onların imzaladıqları platformanı nəzərdən keçirəndə ucqar bir Afrika ölkəsində ikinci sort kimi yaşayan insanların minimal hüquqlar uğrunda mübarizəsi təəssüratı yaranır.
Klara Tsetkinin və Roza Lüksemburqun qəbirdə çevrildiyinə şübhəniz olmasın. Hətta sovet xanımlarının azadlıq mübarizəsinə səbəb olan böyük feminist hərəkatını 21-ci əsrdə aparmaq nə dərəcədə doğrudur? Məgər, Tramp polis zorakılıqları zamanı dəyənəyin altına qadınları nə vaxsa salıb, ya cinsi istismar külliyatına görə milyarderin rolu olub, yoxsa, bütün cinslərarası əmək haqları, inzibati və kriminal haqların təminatındakı ayrıseçkiliyi də nyu-yorklu ekstravaqant biznesmen sifariş verib. Əsla.
Bütün diskriminasiya tarixçəsi on illər ərzində Amerikanın daxili həyatının ayrılmaz hissəsinə çevrilib.Ona görə də bir neçə senzurasız ifadələrinə və cilovlanmayan hislərinə görə ölkənin birinci adamını Ağ Evdə ilk gecədən devirməyə qalxmaq insafdan deyil. Axı, o, yer üzünün sakral və ilahi varlığı olan qadın dünyasının gizlinlərini aşkara çıxarmaq üçün xeyirxah işlər də görüb. Hə, düz tapdınız,məgər gözəllik yarışları yalnız Misir piramidalarını quranlarının ilham mənbəyi idi?
Axı, Troya müharibəsinə səbəb olan Yelenanı axeylilərə təslim etməmək üçün Sparta şahzadəsi ölümə könüllü getməmişdimi? Tramp da yalnız üçüncü şansında Amerikanın Birinci Ledisi Melanini vəsf edərək Ağ Evə gətirməyə nail olubsa,onu mühakiməyə qalxmaq nə dərəcədə doğrudur?
Əlbəttə, yeni Amerika hökmdarı Obama siyasi idarəçiliyinin doğurduğu fenemondir. Əgər qaradərili hakmiyyət başçısı özü və həyat yoldaşı Mişel Obama bütün adminstrativ resursaları cəlb edərək, rəqiblə düşmən dilində danışmasaydılar, bəlkə də ağların üsyanı belə miqyasda ortaya çıxmayacaqdı.
Hər halda ona qədər matriarxal idarərçiliyə razı olanlar qat-qat yuxarıdaydı. Zamanla bütün seçki prosesinə Vikiliksin ağır toplarının atəşi altında faş ediləndə və ərəb əmirləri, səud şeyxləri Klinton fonduna yatırımlar etdiyi işıq üzünə çıxanda fəhlə sinfi ayağa qalxdı. Onda kimsə qadınlara yüz illər ərzində həqarət edən bir cəmiyyətin və siyasi elitanın günahından danışmırdı.
Halbuki Tramp seçkilərin yekununda cəzasını çəkdi və rəqibindən ən azı on faiz az səs tolayaraq, qadınların kimə üstünlük verdiyinə şahidlik etdi. Lakin sayılmaq üçün yetərli işlər təkcə seçkilərdə iştirakla bitmir. Ona görə də indi ayaqlanıb, bütün Amerikanı narazılıq səsinə qərq eləyən qadınlar apardıqları mübarizənin müqəddəsliyinə kimsəni inandıra bilməzlər.
Tramp inauqurasiya nitqində millətçi üsluba dayanıbsa, böyük Amerika prezidentlərinə və mütəfikkirlərinə istinad etməyən bir nitqə köklənibsə, bölücülük və hakim siniflərə müharibə jarqonu ilə zəngin olan seçki kapmaniyası ruhundan hələ çıxa bilməyibsə, onu Nikson kimi gələcək saray elitasının öhdəsinə buraxmaq daha yaxşı olmazdımı? Nədən qadınların düyünlənən yumruqları indiyədək onları istismar edənlərin başına bircə dəfə enməyib?
Məgər, ağır artilleriya kimi anaların aksiyasına tribuna verən və soyuq müharibə dövrünün ideolojisi ştampında hərəkət edən böyük televiziyalar - CNN, Vashinqton Post, The New York Times və digər nəşrlər minlərlə amerikalı əskərin dünya cəbhələrində qətlə yetiriləndə həmin qadınların aksiyalarına göz yumur, vətənpərvəliyi sümürməklə məşğul olurdumu?
Ona görə də Ağ Evə - yeni mənzilə daşınan cütlüyün üzərinə yeriyən qəzəbli qadınların-hazırda alovlu nitqlər yapan böyük ordunun ən alınmaz qalalardan güclü olduğunu hər kəs bilməlidir. Qadınların qəlbini fəth etməyən hakimiyyət uzunömülü ola bilməz!
Doğrudur, ugur qazanmış kişilərin arxasında güclü qadınlar dayanır. Lakin hazırki izdihamın-zəif və zərif səslərin kürəyində görsənən sifətlər çox çirkin kişilərə məxsusdur. Silahlar, tanklar və toplar qadınların qarşısında gücsüzdür.
Bir vaxtlar Napoleon heyran olduğu, həm də itirməkdən qorxduğu, həyatının mənası aldlandırdığı Jozefinaya xitabən deyirdi: "Mən, dünyaya gözlərimi yumanda ətrafımda parlaq işıq saçan bir qüvvəni görəcəyəm - o da sevgidir".
İndi Amerika prezidenti keçmişdə onun ömür yoluna çıxan 3 şəxsin deyil, bütöv bir ölkənin qadınları ilə ittifaq bağlamağa məhkumdur.
"Öncə Amerikadır” şüarı ilə ürəkləri qazanmaq mümkün deyilsə, qızıl qələmləri işə salıb qadınların böyük ürəyinə doğru addımlar atmaq gərəkdir!
Ona görə "divar deyil, körpü quraq” şüarını Meksika ilə sərhəddə deyil, aparıb Ağ Evin qapısına asmaq lazımdır!
HANSI QRUPDA NƏ QƏDƏR BOŞ YER QALIB? - DİM həmin yerlərə bu tarixdə qəbul aparacaq (SİYAHI)
"Google" və "Wikipedia" cərimələnib - 13 milyon
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək - Sabah
Türkiyədə bu universitetdə iki ixtisas üzrə yerlər tamam boş qalıb
TƏLƏBƏ KREDİTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Ballar düşürüldü
Azərbaycan komandoları Türkiyədə təlimə qatılacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ramiz Rövşənin səhhətində problem yaranıb
Kök adamlar iki bilet almalı olacaq - ABŞ aviaşirkəti qərar verdi
Leyla Əliyeva ailə fotolarını paylaşdı: “Ad günün mübarək!” - FOTO
Ağstafada meşə sahəsində yanğın başlayıb
Azərbaycan və ABŞ arasında Çərçivə Sazişi imzalanacaq - Mikayıl Cabbarovdan açıqlamalar
TƏBİB rəhbəri kimləri vəzifəyə təyin edib? - SİYAHI
Baş nazirin müavini: "Yeni dəhlizin açılması buna xidmət edəcək"
Türkiyədə 10 metr uzunluğundakı qayıq batıb - FOTO
XİN başçısı: "Azərbaycan regionda əsas söz sahiblərindən birinə çevrilib" - "ABŞ Konqresi ilə müvafiq iş aparılacaq"
Türkiyə İstanbul boğazında yoxa çıxan rus üzgüçünü axtarır
Eldar Əzizov məmurları BŞİH-yə topladı: nələr müzakirə olunub? - Yeni tapşırıqlar verildi
Qəzzada son 24 saatda daha 75 nəfər ölüb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTOLAR
Yazıçı Anar: "Hazırda bağdayam"
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
Azərbaycanda hansı ölkədən daha çox tələbə var? - SİYAHI
İctimai Birliyin sabiq sədrinə cinayət işi açıldı
İrandan Azərbaycana narkotikin keçirmək istəyiblər
Sabah hava necə olacaq? - Proqnoz
"Beşiktaş" Antoni Cacini transfer etmək istəyir
Hikmət Hacıyev: "Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona..."
Dahi Nəsiminin məzarı Suriyadan Azərbaycana gətiriləcək? - Yeni xəbər yayıldı + FOTOLAR
"Komo" "Tottenhem"in təklifinə "yox" cavabı verdi
Cənubi Qafqazın radioaktiv saatlı bombası – Metsamor AES
Nazir onu mərkəz rəhbəri təyin etdi - FOTO
Qarğa, məndə ChatGPT var… - Təbriz VƏFALI YAZIR
Bakıda polis əməliyyat: 44 kq narkotik vasitə aşkarlanıb
"Sədərək"dəki yanğınla bağlı araşdırma başlayıb
Donald Tramp 111 illik tarixi dəyişdi, FED üzvünü vəzifədən azad etdi, qarşı tərəf isə dirənir: "İşimdə qalacam..."
"Fənərbağça" Livakoviçlə bağlı danışıqlara başlayıb
Sadettin Saran "Fənərbağça" prezidentliyinə namizəd oldu
Markov Rusiyanı tərk edəcək? - Açıqlama
Arzu Əliyeva Mehriban Əliyevanı təbrik edib - FOTO
35 il başqasının evində yaşadı, indi evdən çıxmaq üçün adambaşına 10 min istəyən keçmiş məcburi köçkün danışdı - VİDEO
Gəlini Mehriban Əliyevanı belə təbrik etdi: "...bu gözəl gündə Sizə daim xoşbəxtlik və sevinc arzulayıram!" - FOTO
"Qalatasaray" heyətini fransız futbolçu ilə gücləndirmək istəyir
Tramp: "Qəzzadakı vəziyyət 2-3 həftə ərzində başa çata bilər..."
"Lill" "Fənərbağça"nın müdafiəçisini istəyir