Gül: "Bu saatdan sonra türk-israil münasibətləri heç vaxt əvvəlki kimi olmayacaq"

img

03-06-2010 [04:10]


"İsrail tarixinin ən böyük xətalarından birinə yol verib. Bunun nə qədər səhv bir addım olduğunu yaxında daha yaxşı başa düşəcək". Bunu Türkiyə prezidenti Abdullah Gül İsrailin Qəzzaya yardım aparan gəmilərə etdiyi silahlı hücumu şərh edərkən bildirib. O, Türkiyənin öz vətəndaşlarına beynəlxalq sularda edilən bu basqını əsla bağışlamayacağını və soyuqqanlı şəkildə bunun cavabını verəcəklərini deyib6. Gülün sözlərinə görə, İsrail peşman olacağı səhv edib. "Bu çox önəmli bir hadisədir və bu hadisə mütləq izləniləcək. Unudulacaq, unutdurulacaq və üstü örtüləcək bir mövzu deyil. Bu saatdan sonra türk-İsrail münasibətləri heç vaxt əvvəlki kimi olmayacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA