Türkiyə parlamenti israillə bağlı bəyannamə qəbul edib

img

02-06-2010 [06:11]


Türkiyə Böyük Millət Məclisi İsrailin Qəzzaya yardım daşıyan yardım gəmisinə hücumu ilə bağlı bəyannamə qəbul edib. Qəbul edilən sənədə əsasən, İsrailin gəmilərə hücumu zamanı pozulan insan haqlarının yerində araşdırılması üzrə Alt Komissiya yaradılacaq və həmin Komisssiya məsələ ilə əlaqədar İsrailə gedəcək. Komissiya rəhbəri Zəfər Üskül müvafiq sənədin qəbul edildiyini və bununla bağlı parlamentdə birgə məktub hazırlandığını deyib. Komissiya rəhbərinin sözlərinə görə, müvafiq məktub BMT İnsan Haqları Şurası, Avropa Şurası İnsan Haqları Baş Komissarlığı, Avropa Parlamenti İnsan Haqları Alt Komitəsi və müxtəlif ölkələrdəki parlamentlərin müvafiq komissiya rəhbərlərinə göndəriləcək. Z.Üskül həmçinin bildirib ki, Alt Komitə İsrailə getmək üçün hazırlıq işlərinə artıq bu gündən başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA