Yardım gəmisindəki Azərbaycan vətəndazları israildədirlər

img

02-06-2010 [01:42]


Fələstinin Qəzza zolağına humanitar yardım aparan gəmi karvanında olan iki Azərbaycan vətəndaşı hazırda İsraildədir. Bu barədə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları İsraildə Miqrantların Saxlanma Mərkəzində saxlanırlar. Hazırda onların barəsində İsrail hüquq mühafizə orqanları daxili qanunlarına uyğun olaraq sənədləşmə işləri aparırlar. "Hzırda XİN vətəndaşların şəxsiyyətinin müəyyənləşdirilməsi və onların tezliklə Vətənə qaytarılması istiqamətində iş aparır", deyə E. Poluxov qeyd edib. Xatırladaq ki, daha əvvəl saxlanılan 124 nəfərin, o cümlədən iki Azərbaycan vətəndaşının avtobuslarla İordaniyaya göndərildiyi xəbər verilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA