MQP israillə Türkiyə arasındakı son olayları Ərdoğanın təxribatı kimi dəyərləndirib

img

01-06-2010 [04:07]


Qəzza bölgəsinə humanitar yardım aparan gəminin İsrail dövlətinin güc strukturları tərəfindən həbsinə cəhd zamanı atışmalarda yaralananların olması, bunun ardınca Türkiyənin öz səfirini geri çağırması və hələ də davam edən siyasi böhran bölgə xalqlarında, eləcə də millətçi qüvvələrdə ciddi narahatlıq yaradıb. Sözügedən hadisəyə münasibət bildirən Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan AKP iqtidarının antimilli istiqamətdə addımlarının ilk dəfə olmadığını qeyd etməklə yanaşı İsrail dövlətinin də təxribata uymasına təəsüfləndiyini söyləyib. MQP lideri Ərdoğan iqtidarının Fələstin xalqına humanitar yardım etməkdən çox bölgədə siyasi təxribat yaratmaq istəyində olduğunu, türk millətinə, xüsusilə də Türkiyə ilə Azərbaycana tarixən dost münasibət sərgiləyən İsrail dövlətini beynəlxalq qınağın obyektinə çevirmək məqsədi daşıdığını deyib. Vüqar Bəyturan ermənilərə qarşı layiq olduqlarından yumşaq davranan, sərhədləri açmadığına görə Azərbaycan tərəfinə minnət qoymağa çalışan AKP-nin türkdən çox separatçı kürd və ermənilərə dəstək verən xalqlara müsəlman həmrəyliyi pərdəsi altında dəstək verməsini Türkiyənin dövlətçiliyinə xeyir gətirməyəcəyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA