islamçı Demokratlar israilin Türkiyəyə qarzı hərəkətini pislədi

img

01-06-2010 [01:06]


İsrail hərbi qüvələrinin Türkiyənin Qəzza sektoruna yardım aparan gəmisini gullə-baran etməsi və nəticədə insan tələfatının baş verməsi İslamçı demokratlar tərəfindən hiddətlə qarşılanıb. Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı bildirib ki, onlar İsrailin Qəzzaya hümanitar yardm aparan Türkiyəyə məxsus gəmiyə hücumunu düşmənçilik hesab edirlər. Onun fikrincə İsrailin bu hərəkəti onun bölgədə düşmənçilik missiyasını davam etdirməyə məhkum olduğunu bir daha sübüt edir. Baş verən hadisəni Türkiyənin baş naziri Ərdoğanın Davosda İsrailin Fələstinə qarşı addımlarına kəskin reaksiyasının cavabı kimi qiymətləndirən AİDP sədri hesab edir ki, baş verən hadisə indiyə kimi dünyanın gözünə ?xolokost?, ?məzlum?luq külü üfürən İsrailin həqiqətən də İslam dünyasına düşmən olduğunu sübut edir. ?Xüsusi amansızlıqla gəmilərə təcavüz, dinc insanların öldürülməsi və yaralanması dünyan güclərinin gözü qarşısında baş verir? -deyən T.Abbaslı hesab edir ki, Türkiyənin uğurlu siyasəti, İrana və Fələstinə münasibətdə ədalətli, müstəqil mövqeyi dünya güclərində qıcıq yaradır. AİDP sədrinin sözlərinə görə, son dövrlər Türküyənin regionda və eləcədə dünyada həyata keçirdiyi siyasi və iqtisadi manevrləri, müsəlman dünyasında rəğbət qazanması bəzi qüvvələri narahat edir: ?Xüsusilə də Türkiyənin nüvə məsələsində İranı yola gətirməsinin həmin qüvvələr tərəfindən yaxşı qarşılanmadığı göz qabağındadır?. Sonda hadisə nəicəsində şəhid olan şəxslərə Tanrıdan rəhmət diləyən T.Abbaslı bildirdi ki, islamçı demokratlar baş verən hadisəni pisləməklə yanaşı İsrailin bu addımının beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsini tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA