israilin gəmilərə hücumundan sonra Ərdoğan təcili Türkiyəyə qayıdır

img

31-05-2010 [01:26]


İsrail ordusunun bu gecə Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya silahlı hücum etməsi Türkiyə və İsrail arasındakı münasibətləri gərginləşdirib. Baş vermiş hadisə ilə bağlı olaraq Çilidə səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan təcili şəkildə altı nazirlə birlikdə iclas keçirib. Daha sonra Rəcəb Tayyib Ərdoğanın Latın Amerikasına səfəri çərçivəsində bütün görüşlərini təxirə salaraq təcili şəkildə Türkiyəyə qayıdacağı bildirilib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə Braziliyadan Amerika Birləşmiş Ştatlarına yola düşüb. Türkiyə prezidenti Abdullah Gülün isə tez-tez baş nazir Ərdoğanla telefon əlaqəsi saxladığı bildirilir. Qeyd edək ki, yaranmış vəziyyətlə əlaqədar İsrailin Türkiyədəki səfiri Qabi Levi Xarici İşlər Nazirliyinə çağırılıb. Xatırladaq ki, İsrail ordusu bu gecə ?İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!? devizi ilə Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya hücum edib. İsrail helikopterləri gəmilərə yaxınlaşaraq atəş açıblar. İsrail televiziyalarının məlumatına görə, bundan başqa helikopterlərdən biri gəmiyə yaxınlaşıb və bir qrup əsgər iplə gəmiyə düşüb. İnsident baş verən gəminin Türkiyəyə məxsus ?Mavi Mərmərə? gəmisi olduğu bildirilir. Anadolu agentliyinin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 30 nəfər yaralanıb. İsrail televiziyaları isə 16 nəfərin öldüyünü xəbər veriblər. Qeyd edək ki, Qəzzaya humanitar yardım aparan gəmilərdə təckə Türkiyə vətəndaşları deyil, İngiltərə, İrlandiya, Əlcəzair, Küveytdən olan vətəndaşlar, həmçinin millət vəkilləri olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA