21-12-2016 [21:11]
Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
"Riyad Prodakşn” MMC olub, ya yox?
Məhkəmə iclası başlayan kimi təqsirləndirilən Akif Çovdarovun vəkili Sadiq Rəsulov vəsatətlə çıxış etdi. O bildirdi ki, Vergilər Nazirliyinə göndərdiyi sorğuya aldığı cavabda Şahmar Qurbanovun direktoru, Etibar Qasımovun təsisçisi olduğu deyilən "Riyad Prodakşn” MMC adlı təşkilatın qeydiyyatdan keçmədiyi məlum olub.
Xatırladaq ki, Şahmar Qurbanov zərgərlik fəaliyyəti ilə məşğul olduğu üçün Akif Çovdarov tərəfindən MTN-ə çağırıldığını və ondan 500 min dollar pul və 280 min dollar dəyərində qiymətli daşlar alındığını iddia edib. Həmin epizod üzrə məhkəmə baxışı yekunlaşıb.
Vəsatətlə çıxış edən vəkil Şahmar Qurbanovun hesabat dövründə hər hansı gəlirinin olub-olmaması və vergi ödəməsi barədə məhkəmənin Vergilər Nazirliyinə müraciət etməsini istədi. Qisa müşavirədən sonra vəsatət məhkəmə heyəti tərəfindən iş materiallarının lüzumsuz sənədlərlə doldurulmasına ehtiyac olmadığı əsası ilə rədd edildi.
Akif Çovdarovun kürəkəninə hörmətsizlik neçəyədir?
Zərərçəkmiş, keçmiş MTN-də idarə rəisi vəzifəsində işləmiş İlqar Aşurbəyovun ərizəsi əsasında epizodun məhkəmə istintaqı başladı.
Qısaca desək, Akif Çovdarov zərərçəkmişi təhdid edərək, ondan 300 min dollar "qopara” bilib. Buna səbəb isə Aşurbəyovun generalın kürəkəni Rəşad Əmircanova "hörmətsizliyi” olub.
İlqar Aşurbəyov kimdir?
Akif Çovdarovun özbaşınalığının və quldurluğunun növbəti qurbanı olan İlqar Aşurbəyov Azərbaycanın paytaxtı Bakı şəhərinin tarixində dərin iz qoymuş məşhur Aşurbəyovlar nəslinin nümayəndəsidir.
Təkcə onu demək kifayətdir ki, Təzəpir məscidini məşhur azərbaycanlı xeyriyyəçi xanım Nabat Aşurbəyova, Əjdərbəy məscidini isə Əjdər Aşurbəyov tikdirib.
Kürəkənə yer tapılmadı
MTN-in Heydər Əliyev hava limanında fəaliyyət göstərən idarəsinin rəisi işləmiş İlqar Aşurbəyov günlərin birində öyrənir ki, Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov əməliyyat müvəkkili kimi onun idarəsində işləməyə göndərilib.
İdarə rəisi yeni işçini qəbul edir və bildirir ki, hava limanında idarənin 10 əməkdaşı cəmi 4 otaqda yerləşib və burada əlavə işçi üçün yer düzəltmək çətindir. Buna görə də, Əmircanov idarənin MTN-in mərkəzi binasındakı otaqlarının birində yerləşdirilib.
Bu cür "hörmətsizlik” Çovdarovun xoşuna gəlməyib.
General idarə rəisini necə təhqir etdi?
Bundan bir neçə gün sonra Akif Çovdarovun rəhbərlik etdiyi idarənin İlqar Aşurbəyovun rəhbərlik etdiyi idarəyə işi düşür. General əməliyyat müvəkkillərinin birinə tapşırır ki, İ.Aşurbəyova zəng edib işlə maraqlansın. Subordinasiyanın bu cür kobud pozulması hava limanındakı idarə rəisinin xoşuna gəlmir və o, əməliyyat müvəkkilinə bildirir ki, Çovdarovun özü zəng etməlidir.
İdarə rəislərinin toqquşması elə həmin gün başlayır, lakin qüvvələr xeyli fərqli idi.
İlqar Aşurbəyov işsiz qalır
Bir neçə ay keçir və İlqar Aşurbəyovun rəhbərlik etdiyi idarə ləğv olunur, özü isə sərəncama göndərilir. Zərərçəkmişin sözlərinə görə, sərəncamda olduğu müddətdə heç kimə yenidən işə bərpa olunması ilə bağlı müraciət etmir.
Yarım ildən də artıq vaxt keçdikdən sonra Aşurbəyovu əməliyyat müvəkkili kimi MTN-in idarələrindən birinə göndərirlər. İdarə rəisinin MTN strukturunda işə yeni başlayanların tutduğu vəzifəyə təyinatı "sözə baxmayan” idarə rəisinin daha bir cəzası olur. Lakin o, raport yazır və təqaüdə çıxır. İşlər bununla da bitmir.
300 min dollarlıq təhdid
Artıq MTN sistemindən uzaqlaşdırılmış İlqar Aşurbəyovun telefonuna zəng daxil olur və o, nazirliyə çağırılır. Zərərçəkmişin sözlərinə görə, onu Akif Çovdarovun şəxsən özünün, yaxud köməkçisi Rövşən Ədilovun çağırmasını indi xatırlamır.
İlqar Aşurbəyovu qəbul etmiş Akif Çovdarov deyir: "Sən özünü apara bilmədin. Əgər kürəkənimlə düzgün davransaydın, bu gün belə bir vəziyyətdə olmazdın”. Daha sonra general bildirir ki, "ailən, uşaqların var, ağlını başına yığ” və Aşurbəyovdan 300 min dollar gətirməsini tələb edir.
İlqar Aşurbəyov "Passaj” bazarını idarə edən atası Əziz Aşurbəyovdan 175 min dollar götürərək Çovdarovun hüzuruna gəlir və pulu şəxsən generala verir. Akif Çovdarov yerdə qalan 125 min dolları gətirməyə bir neçə gün vaxt verir və tapşırır ki, pul köməkçisi Rövşən Ədilova çatdırılsın.
Əli hər yerdən üzülmüş İlqar Aşurbəyov atasından daha 55 min dollar alır, qaynatası borc-xərc 50 min dollar düzəldir, daha 20 min dolları isə bir dostu verir.
Vəkil Kamandar Nəsibovdan rəsmi şikayət edildi
Zərərçəkmişin çıxışından sonra dövlət ittihamçıları və vəkillər İlqar Aşurbəyova onları maraqlandıran suallarla müraciət etdilər. Akif Çovdarovun vəkili Kamandar Nəsibov prosesin növbəti qalmaqalına imza atdı.
Vəkilin "Siz işiniz barədə hesabatları kimə, yaxud hansı baş idarəyə verirdiniz?” sualına zərərçəkmişin verdiyi cavab K.Nəsibovu qane etmədi və sual təkrarlandıqdan sonra zərərçəkmişin də cavabı təkrarlaması onu özündən çıxardı.
Prosesə sədrlik edən hakim Həbib Həsənov bir neçə dəfə vəkili nizam-intizama dəvət etsə də, Kamandar Nəsibov təhqiredici ifadələrindən əl çəkmədi və hakim vəkil barəsində Vəkillər Kollegiyasına rəsmi müraciət edilməsi barədə qərar qəbul etdi.
Akif Çovdarovun torba ölçüsü
Təqsirləndirilən Akif Çovdarov zərərçəkmişə sualının olmadığını desə də, bu epizodla bağlı söz demək istədiyini bildirdi.
General dedi: "Mən bir şeyi anlamıram. Pulu adamı işə götürəndə alarlar, daha işdən çıxarılmış adamdan mən niyə pul tələb etməli idim ki? Mənə torba tikirlər, bilirəm. Amma bu boyda da yox da…”
Şahidlər İlqar Aşurbəyovun ifadəsini təsdiqlədilər
Prosesdə şahid qismində çıxış etmiş şəxslər zərərçəkmiş İlqar Aşurbəyovun ifadəsində dediklərinin doğru olduğunu təsdiqlədilər.
General ifadə verəcək
Bugünkü iclasda iştirak edən bütün şahidlər dindirildikdən sonra dövlət ittihamçısı "Metak” MMC epizodu ilə bağlı məhkəmə istintaqı aparılan zaman Akif Çovdarovun sağlamlığını bəhanə gətirərək ifadə vermədiyini xatırlatdı.
Prokuror bildirdi ki, təqsirləndirilən indi ifadə verə bilər. Akif Çovdarov isə ifadəsini növbəti iclasda verəcəyini açıqladı.
Çovdarovun "vəsatəti”
Söz alan Akif Çovdarov hakimə şikayətləndi ki, onun sağlamlığı prosesdə nəzərə alınmır. "Mən xəstə adamam, gündə 3-4 saatdan artıq burda otura bilmərəm. Tez-tez isti yemək yeməliyəm, bir çarpayı olmalıdır ki, uzana bilim. Burda isə nə otura bilirəm, nə uzana bilirəm”.
Hakimin "Tez-tez fasilə elan edirik” replikasına Çovdarov cavab verdi: "Başqaları bəlkə də istirahət edir. Mən isə burda necə otururamsa, istirahətdə də eləcə otururam”.
Hakim Həbib Həsənov təqsirləndirilənin sözlərinə cavab olaraq dedi ki, iclasların belə uzanmasının və gec bitməsinin əsas səbəbkarları prosesə gecikməyi adət halına gətirmiş vəkillərdir. Bu sözünə qüvvət olaraq, hakim bundan sonra iclasların saat 11-də deyil, 10-da başlayacağını bildirdi.
Məhkəmə prosesi bazar ertəsi, dekabrın 26-da davam etdiriləcək.
Virtualaz.org
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib - "Naxçıvana hücum araşdırılacaq"
Türkiyə Şimali Kiprə F-16-lar yerləşdirəcək
İran XİN başçısı Amerika mediasına danışdı: "İndi başqa bir atəşkəs istəyirsiniz?"- "Rusiya bizə müxtəlif sahələrdə kömək edir"
Ramazanın 19-cu gününün duası: imsak və iftar vaxtı
İran mediası: yeni dini lider seçilib, lakin...
Makron İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
ABŞ səfirliyi Nəriman Axundzadəyə nəhayət, viza verdi
Sabah yağış yağacaq
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi