Rumıniya Azərbaycanın izğal olunmuz ərazisində separatçı rejimin hərəkətini pisləyib

img

25-05-2010 [12:51]


Rumıniya 2010-cu ilin 23 may tarixində Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı qurum tərəfindən keçirilən ?parlament seçkiləri? ilə bağlı prinsipial və ədalətli mövqeyini bir daha ortaya qoyub. Azərbaycanın Rumıniyadakı səfirliyindən MİA-ya daxil olan məlumata görə, həmin ?seçkilər?lə bağlı Avropa İttifaqı çərçivəsində aparılan müzakirələr zamanı Rumıniya tərəfi xüsusi təşəbbüs və fəallıq göstərərək, məsələ ilə bağlı Avropa İttifaqının mövqe bildirməsinin zəruriliyində təkid edib. Rumıniya tərəfinin təşəbbüsü dəstəklənib və Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton ?seçkilərlə? bağlı bəyanatla çıxış edib. Rumıniya əvvəlki illərdə də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş ?prezident? və ?parlament? seçkilərini həmişə pisləyib, onların legitimliyini tanımayıb və sülh danışıqları prosesinə mənfi təsir göstərdiyini bəyan edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib. Səfirlik bəyan edib ki, Azərbaycan dövləti strateji tərəfdaşlıq və qarşılıqlı dəstəyə söykənən əməkdaşlıq əlaqələrinin səviyyəsini və Rumıniya tərəfinin ədalətli və dəstəkçi mövqeyini həmişə yüksək qiymətləndirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA