16-12-2016 [15:02]
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesə adəti üzrə zala ilk olaraq Vidadi Zeynalov və Beytulla Hüseynov gətirilib. Onların arxasıca Məhəmməd Məmmədov zala verilib.
Zeynalov şahidlərin ifadələrinə diqqətlə qulaq asır, hakimə yaxın yerdə oturur.
Bu dəfəki prosesdə Vidadi Zeynalovda dəyişiklik vardı. Sabiq aparat rəhbəri bığ saxlamağa başlayıb.
Hakimlər kollegiyasının zala girməsi ilə proses açıq elan edilib.
Məhkəmə şahidlərin dindirilməsi ilə davam edib.
İlk olaraq şahid qismində Nəriman Hacıyev dindirilib.
O, təqsirləndirilən şəxslərin hamısını tanıdığını deyib: "İstintaqa verdiyim ifadəni təsdiqləyirəm. Uzun müddət rabitə sahəsində çalışmışam. Bir müddət Xətai qovşağında rəis də olmuşam. 2006-cı ildən Bayram müəllimlə işləməyə başladıq. "Təmir Təchizat Servis”də vəzifəm layihələrə uyğun xətlərin çəkilməsi olub. İşlər görülüb təhvil verilirdi. Bəzi işlər vardı, orda iş olmaya-olmaya rəhbərlik tərəfindən sənədləşdirilirdi. Görülmüş işlərə əlavə edilib akt hazırlanırdı. Həmin akta qol çəkirdik".
Bu zaman Beytulla Hüseynov şahidin ifadəsinə cavab olaraq bildirib ki, bəzən işlər çox olurdu: "İşlərin hamısı görülürdü, yalnız bunların xəbəri olmayıb. Amma aktda onların adı qeyd edilirdi".
Prosesdə şahid qismində telekomunikasiya qovşağının rəisi olmuş Cavanşir Yusifov ifadə verib.
O, ifadəsində təqsirləndirilən Məhəmməd Məmmədovu tanıdığını deyib: "İstintaqa çağırıb suallar verdilər. Həmin suallara tam səmimi cavab verdim. Suallar əksəriyyəti materialların qiymətləri ilə bağlı idi. Şişirdilmiş rəqəmlərlə bağlı suallar verdilər. Nə suallar verdilər, tam dolğun cavablar verdim. Şəmkir qovşağında aparılan işlərdə tenderdə mənim MMC-im qalib gəlib. 62 min manat pul ödənilib”.
Şahid qismində dindirilən Amin Məmmədov ifadəsində bildirib ki, hazıda Sabunçu qovşağında çalışır: "Əvvəl Xəzərdə işləyirdim, baş mühasib idim. Əməkhaqqım əvvəl azıydı, sonradan normal oldu. Bayramda əlavə olaraq paket də almışıq".
Hakim bildirib ki, istintaqda hər ay paket aldığını deyib.
Şahid bu sualla cavab verməkdə çətinlik çəkib.
Hakim şahidə xəbərdarlıq edib. Bundan sonra A. Məmmədov ayda 200-300 manat əlavə pul aldığını dilə gətirib.
Hakim şahidə məsləhət görüb ki, dövlətdən aldığı əlavə pulları geri qaytarsın.
Prosesdə İsmayıllı Telekomunikasiya qovşağının rəisi Elxan Əliyev ifadə verib. O, ifadəsində hazırda orda çalışdığını bildirib.
Hakim şahidə orda görülən işlər bağlı suallar verib.
Daha sonra ifadəsində qeyd edib ki, 2001-ci ildən həmin qovşaqda rəis vəzifəsinə təyin olunub. Onun ifadəsi ilə istintaqa danışdıqları arasında ziddiyət olub.
Hakim şahidə xəbardarlıq edərək belə deyib: "Adamda bir sifət olar. İstintaqa danışırsız, bura gələndə hər şey yadınızdan çıxır”.
Şahid istintaqa ifadəsini təsdiqləyib.
Məhkəmədə Bakı Telefon Rabitə İstehsalat Birliyinin investiya şöbəsinin rəisi Vüqar Mehbaliyev ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib: "Bayramdan bayrama 200-300 manat paket almışam. Həmin pulu mühasibatlıqdan alırdım".
Prosesdə Bayram Vəliyevin baş mühasibi olmuş Elvin Cavadov ifadə verib.
O, ifadəsində bildirib ki, heç vaxt maaşından əlavə pul almayıb: "Görülən işlərlə bağlı hesabatları işləmişəm. Qaimələr mənə gəlirdi, mən də hesabatlara daxil etmişəm. Heç bir qanunsuz iş görməmişik".
Hakim bildirib ki, şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət var.
Şahid istintaqın onun fikirlərinə təhrif etdiyini bildirib.
Onun istintaqa verdiyi ifadə elan olunub.
İstintaqa ifadəsində qeyd edilib ki, Bayram Vəliyev və Beytulla Hüseynovun arasında yaxın münasibət olub: "Tenderler elan olunurdu. Bu tender formal rol oynayırdı. Çünki əvvəlcədən bizim cəmiyyətin qalib olacağı bilinirdi. Cəmiyyətin hesabına gələn pulllar başqa MMC-ə yönəldilirdi".
Şahid istintaq ifadəsindən imtina edib və yenə də qeyd edib ki, onun ifadəsi təhrif edilib.
Hakim bildirib ki, burda ziddiyyətli və yalan ifadə verən şəxslərlə bağlı ayrıca material hazırlanır.
Prosesdə Xətai telefon qovşağının rəisi Nazim Əliyev ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib: "Heç bir qanunsuz hərəkətə yol verilmirdi. Tenderlər elan edilirdi. Ən ucuz hansı MMC təklif edirdisə, onunla müqavilə imzalayırdıq".
Məhkəmə prosesi dekabrın 21-də davam edəcək(Lent.az).
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC, "AzİnTelekom” MMC, "Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib - "Naxçıvana hücum araşdırılacaq"
Türkiyə Şimali Kiprə F-16-lar yerləşdirəcək
İran XİN başçısı Amerika mediasına danışdı: "İndi başqa bir atəşkəs istəyirsiniz?"- "Rusiya bizə müxtəlif sahələrdə kömək edir"
Ramazanın 19-cu gününün duası: imsak və iftar vaxtı
İran mediası: yeni dini lider seçilib, lakin...
Makron İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
ABŞ səfirliyi Nəriman Axundzadəyə nəhayət, viza verdi
Sabah yağış yağacaq
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi