Dağıstan prezidenti Maqomedsalam Maqomedov Azərbaycana gəlib

img

24-05-2010 [02:39]


Bu gün Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Maqomedsalam Maqomedov Azərbaycana səfərə gəlib. Maqomedsalam Maqomedov Şəhidlər Xiyabana gələrək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, ?Əbədi məşəl? abidəsinin önünə əklil qoyub. Ali qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini də seyr edib. Maqomedsalam Maqomedov həmçinin Fəxri Xiyabana gələrək, mərhum prezident Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Qeyd edək ki, səfər iki gün davam edəcək. Maqomedsalam Maqomedovun prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov və digər rəsmilərləa görüşləri planlaşdırılıb. Səfərin yekununda elmi-texniki, ticari-iqtisadi və mədəni əməkdaşlıq sahələrində bir sıra sazişlərin imzalanması gözlənilir. Eyni zamanda Dağıstan prezidenti ölkənin şimal regionuna da baş çəkəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA