12-12-2016 [14:32]
Məhəmməd Talıblı, İqtisadçı
"Dövlət hər kəsə bərabər imkanlar yaratsın, azad rəqabəti dəstəkləsin, mülkiyyəti qorusun, daha heç nə lazım deyil. Ondan gələn xeyir, Allahdan gəlsin.”
İqtisadiyyat üzrə "Nobel”çı Milton Fridman
***
İqtisadiyyata sadəlövh insanların baxışı həmişə ümidverici olur.
"Köpük” iqtisadiyyatının gözqamaşdırıcı əlamətləri onları hər zaman sevindirər: yollar çəkilib, körpülər salınıb, yeni çoxmərtəbəli binalar tikilib, bahalı avtomobillər şəhərdə şütülür, restoranlar qaynayır və s. Onların gözündə iqtisadi inkişafın görsənişləri bunlardır. Həmin dekorasiyanın mənbələri və onların maliyyə öhdəliklərini heç düşünməzlər. Əslində isə bunca yaradılmış süni bumdan sonra həmişə bir böhran gəlir. Burası isə iqtisadiyyat elminin məntiqindən doğur. O zaman isə buna idarəetmənin doğurduğu yox, taleyin zənbillə göydən yolladığı böhran kimi zənn edəcəklər.
İqtisadiyyatın gücüonun istehlak təyinatında yox, istehsal gücündədir.
Heç düşündünüzmü, bu qədər daxildən güclü kimi görünən iqtisadiyyat xaricdən nə qədər zəif görünür? Heç düşündünüzmü, neftin ixracatından asılı olan iqtisadiyyatımız qeyri-neft ixracatında niyə piyadadır? Gündəlik istehlak məhsullarını belə idxal hesabına təmin edən ölkənin adicə corab istehalı belə yox səviyyəsindədir? İxracatın artırılması üçün hansı addımlar atıldı?
Xatırlayırsınızsa, birinci devalvasiya ilə bağlı qərarın definisiyasında belə yazılmışdı: ixracatı stimullaşdırmaq məqsədilə milli valyutanın devalvasiyası (ucuzlaşdırılması) qərara alınır.Həmin arqumentini dəstəkləyən əziz kolleqalarım,iqtisadiyyatın ukladı ixracat yönümlü deyilsə, monetar alət hesabına onun diapazonunu genişləndirmək mümkün olmaz! Əgər bu arqument keçərli olsaydı, o zaman gərək Zumbabve ixracatına görə dünyada birinci, Avropa İttifaqı ölkələri isə ixracatına görə sonuncu olardı.
İqtisadiyyatın mənzərəsinin dəyərləndirilməsi üçün dekorativ "karkas” önəmli deyil. Onun real siması rəqəmlərin dili ilə ifadə olunanda formalaşır. Bu mənada iqtisadiyyatı rəqəmlərin dili ilə başa düşənlər dərin kədər içərisində mövcud narahatlığı seyr edir.Çünki,məlumatlıdırlar.Suyun üzərində qurulan gözqamaşdırıcı dekorasiya dənizinin altından naməlum sular axır. Bunu dağıdıcı gücə malik olan minalar da adlandırmaq olar. Hələliksə suyun lal axması hər şeyin sakit olması kimi yalançı təəsurat yaradıb. Mən bundan üzgünəm. Səbəb? İzahı çətin deyil.
Olkənin ixracatının ağırlığının neft və neft məhsullarının təşkil etməsi heç kimə sirr deyil. O zaman qeyri-neft ixracatının strukturunu üzrə təhlil aparaq.Biz dövlət olaraq nəyi və hansı payla ixrac edirik?
Oncə bu cədvələ baxın...
Neft və neft məhsullarından kənar hansısa mal pozisiyası üzrə belə 1
faizlik paya malik olan (şəkər məhsulları, meyvə-tərəvəz istisna olmaqla) heç
bir məhsul ixrac etmirik. 2015-ci il üzrə qeyri-neft ixracatının real vəziyyətini
ondan bir il əvvəl(2014) və bir il sonrakı illərlə (2016) müqayisə edək.
2014-cü ildə Azərbaycanın qeyri-neft ixracatı cəmi 1,652 milyon dollar təşkil
edib. Həmin ili Gürcüstanda bu rəqəm 2,860 milyon dollar, Ermənistanda isə 1,547
milyon dollar təşkil etmişdir. Devalvasiyanın ixracı stimullaşdıracağı hədəfindən
sonra ixracatın həcmi bir az da aşağı düşüb. Məhz "islahatlar” nəticəsində isə
qeyri-neft ixracatımıztənəzzülə məruz qalıb. Artıq bu ilin sonuna (hazırda 980
mln.)olan bu rəqəmlər əsasında qeyri-neft ixracatımız 1,125 milyon dollar səviyyəsinə
düşəcək. Bu zaman isə Gürcüstanda ixracat 2,370 milyon dollar, Ermənistanda isə
1,547 milyon dollar səviyyəsində olacaq. Deməli, Gürcüstan Azərbaycandan 2,1 dəfə,
Ermənistan isə 1,3 dəfə daha çox qeyri-neft ixracatına malikdirlər.
Bu qədər iqtisadi qüdrətə malik ölkənin cəmi ixracatı 1 milyard dollar civarında olması sanki heç nə ixrac etməmək kimi bir şeydir. Çünki, dünyanın inkişaf etmiş ölkələrdəki şirkətlərin bir neçəsininixrac gücü elə buqədərdir. On iri şirkətin ixracat gücü bizim kimi bir ölkənin ixracatından çoxdur. Hətta inkişaf etmiş ölkələr vardır ki, onlarda illik ixracı 100 milyon dolların üzərində olan şirkətlərinin sayı minlərlədir.
Yuxarıdakı təhlildən aydın olur ki, Cənubi Qafqaz Respubliklarının ÜDM-nin 75 faizini təşkil edən Azərbaycan hər iki ölkədən ən az qeyri-neft məhsulu ixrac edən ölkə imiş. ÜDM-i şişirdən və onun genişlənməsinə xidmət edən (neft hasilatı və qiyməti) sahələr sənin iradəndən asılı deyil, o təbiətin hədiyyəsidir. Yerdə qalan ixracat (qeyri-neft) isə bacardıqlarının cəmidir. Orada isə vəziyyət çox biabırçıdır.
Dərin təəssüf hiss ilə qeyd edim ki, biz hazırda belə kədərli səhnədə yer alırıq. Halbuki dünyanın inkişaf etmiş ölkələri ixracatlarının genişlənməsi üçün müxtəlif təsisatlar formalaşdırırlar. Onlara göstərilən institsional dəstək hesabına ölkənin ixracat imkanları artır.Olkənin idxal asıllığı ixracatın güclənməsi ilə əvəz edilir.
Düzdür, tədiyyə balanasını düzgün formalaşdıran dövlətlər heç də birmənalı olaraq əzici üstünlüyü ilə ixracı idxalı ifrat formada üstələməsini təşviq etmirlər. Davamlı olaraq xarici ticarətin strukturuna diqqət yetirərək onun optimallığını təmin etməyə çalışırlar.
Dünya təcrübəsi göstərir ki, müxtəlif təşkilatların yaradılması yolu ilə şirkətlərin daha effektiv formada ixracat imkanlarını genişləndirməsinə nail olmaq mümkündür. 1918-ci ildə ABŞ-da ilk dəfə Xarici Ticarət Qanunlarına istinad edilərək "Web-Pomerenc Associations” qurumları, Argentinanın şərab istehsalçılarının qurduqları "Cons-export”, İsraildə hazır geyim əşyalarının ticarəti ilə məşğul olan ixracat şirkətləri, Fransada "Beto”, İsveçrədə "Delta”, İtalyada "Federexport” qrupları ixracat imkanlarının artırılmasına nail ola biliblər. Bundan əlavə olaraq da fərqli strukturların köməyi ilə dövlətin təsisatları olaraq ixracata yardım məqsədilə fərqli qurumlar formalaşdırıblar.Qardaş Türkiyədə Xarici Ticarət Sərmayə Şirkətləri, İtalyada İxracat Birliyi Federasiyası ("Federexport”),ABŞ-da "İxracatın İdarəedilməsi Şirkətləri” (Export Manacment Companies) və digər ölkələrdə analoji qurumlar fəaliyyət göstərir.
Bəs bizdə necə?
Yəqin ki, ağlınıza gələn o olacaq ki, bu qədər ixracatı məhdud olan ölkədə analoji təsisat ola bilməz. Çünki, olsaydı belə durumda ola bilməzdik.Təəsüflə qeyd edim ki, bizdə də analoji qurum olan - İxracatın və İnvestisiyanın Təşviqi Şirkəti (AZPROMA) adında dövlət qurumu 13 ildir ki, fəaliyyət göstərir. Guya ixracatı stimullaşdırmaq məqsədilə investorlar cəlb etməli idilər. Amma reallıq göz önündədir. Halbuki, neft sektorunun özünün inkişafı avtomatik olaraq qeyri-neft sektoru üçün birbaşa və dolayı təsir gücünə malik olaraqdigər lakomotivləri də arxasınca gətirmək gücünə sahib olmalı idi. Amma bizdə elə olmadı.
Bəzən susmağın gücü danışmağın fəzilətindən üstün olur. Rəqəmlər aydın izahatla və əla danışanda təhlil artıq olur. Bu bizim indiki vəziyyətimizdir.
Cədvəl və rəqəmlərin hər şeyi aydın əks etdirdiyi halda belə vəziyyətdə bundan artıq izahatı gərəksiz bildim. Amma izahatını həmişə yalanın necə əsaslandırmasına həsr edən bəzi iqtisadçı həmkarlarım susan zaman belə,yenə qrammatik səhvə yol verəcəklər. Çünki, ömürlərini yalanların necə əsaslandırmasına həsr etdilər.
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi