Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib

img

24-05-2010 [12:48]


Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müavini Nevzat Paktilin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 23-də Azərbaycana səfərə gəlib. Nümayəndə heyətinə TBMM-in baş katibi Sadettin Kalkan, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı, eləcə də TBMM-in ATƏT PA və QİƏT PA-dakı nümayəndə heyətlərinin başçıları Alaatdin Böyükqaya və Kəmaləddin Göktaş və digər rəsmi şəxslər daxildirlər. Səfərin əsas məqsədi Bakıda keçiriləcək ?TBMM- 90 il, Parlament diplomatiyası - TürkPA? beynəlxalq konfransda və Türkdilli Ölkələrin Parlament Assambleyasının ofisinin rəsmi açılışında iştirak etməkdir. Qardaş ölkənin deputatlarının Azərbaycanda bir sıra görüşləri də nəzərdə tutulmuşdur. TBMM-in sədr müavini və onu müşayiət edən şəxslər mayın 24-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış memorialı ziyarət edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA